Xəbər lenti
Ölkəmizdə yeni inkişaf mərhələsi başlayacaq

Bu fikirləri Manevr.az-a açıqlamasında Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov deyib.
Cəsarət Qasımov bildirdi ki, müsahibədə gələcək inkişaf, yeni dövr və yeni missiya barədə də söhbət açıldı. Prezident İlham Əliyev bu günə qədər görülən işlərin göz qabağında olduğunu vurğuladı: “Bu haqda çox danışmaq istəməzdim. Sadəcə olaraq, bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir”, ölkəmizin başçısı vurğuladı.
C.Qasımov bildirdi ki, müsahibədə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması prosesi xüsusilə diqqət mərkəzində oldu.
Bildiyimiz kimi 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpa edilməsi, tarixi ədalətin bərqərar olunmasıistiqamətində lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Havadarları erməniləri arxayın salaraq, Prezident İlham Əliyevin dəfələrlə etdiyi təklif və xəbərdarlıqları vaxtında dəyərləndirmədilər.
Dövlətimizin başçısı dediyi kimi, onlar bu əməliyyatın keçiriləcəyini gözləmirdilər və kimsə görünür onları inandırmışdı ki, onlar sona qədər orada öz separatist dırnaqarası qurumunda, o qurum çərçivəsində fəaliyyət göstərə biləcəklər: “Halbuki bizim onlara göndərdiyimiz bütün mesajlar açıq və birmənalı idi. Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatandan bir müddətdən sonra yerli ermənilərin bəziləri bizim nümayəndələrimizə çıxaraq təmaslar haqqında təkliflər vermişdilər və biz də imtina etmədik. Çünki bizim məqsədimiz suverenliyi tam bərpa etmək idi və burada yaşayan əhalini inandırmaq idi ki, onlar vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya bilərlər”, Prezident qeyd edib.
C.Qasımov bildirdi ki, dövlətimizin başçısı müsahibədə 7 fevralda növbədənkənar Prezident seçkilərin keçirilməsinin səbəblərinə də toxunub. Bu amillər müasir tariximizin yeni mərhələsinin başlanğıcı sayıla bilər. Bu seçkiləri şərtləndirən amillər sırasında dövlətimizin başçısı, ilk olaraq, suverenliyimizin tam bərpasını əsas səbəb hesab edir. Azərbaycan Prezidenti ikinci səbəb kimi, seçkilərin ərazilərimizin hər bir yerində keçirilməsini göstərib.
“İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır”, deyib ölkə başçımız.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar