Sizin Reklam Burada
Xəbər lenti
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Könüllüləri gənc seçiciləri maarifləndirəcək -ŞƏKİLLƏR

Tarix: 13-01-2024 15:54     Baxış: 4248 A- / A+
Azərbaycan Könüllü Təşkilatları İttifaqı 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərinin keçirilməsi ilə bağlı maarifləndirici fəaliyyətlərini davam etdirir. 
Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Könüllülərinin “Seçki Könüllüləri” qrupu formalaşdırılıb. Qrupun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır. Mərkəzi Seçki Komissiyasının nümayəndələri tərəfindən "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, onların hüquq və vəzifələri” mövzusunda qrup liderləri üçün təlim həyata keçirilib, gənc seçicilərdə seçki proseduru və səsverməyə hazırlıqla bağlı yarana biləcək suallar ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, yaxın günlərdə “Seçki Könüllüləri” qrupu yerlərdə fəaliyyətə başlayacaqdır.







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar