Xəbər lenti
Bakıda təhlükəli hesab edilən restoranın fəaliyyəti dayandırıldı -VİDEO
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən “Al Divan” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayıb.
Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları yararsız vəziyyətdə, yaşayış binasının qeyri-yaşayış sahəsində - restoranın daxilində təbii qazla işləyən kombi qurğusundan istifadə olunduğu, obyektin arxa hissəsində layihədənkənar yüngül konstruksiyadan ibarət əlavə artırma işləri aparıldığı, artırılmış sahədə 1 ədəd odunla işləyən təndir qurğusu quraşdırıldığı, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı, obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmadığı,mətbəxdə quraşdırılmış tüstü borusu yanar tozlardan, yağ qalıqları və istehsalat tullantılarından təmizlənmədiyi, obyektdə təxliyə planı mövcud olmadığı,yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilmədiyi, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı müəyyən edilib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən “Al Divan” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib, həmçinin artırma hissədəki təndir sökülərək kənarlaşdırılıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar