Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Könüllü Təşkilatları İttifaqı 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərinə fəal şəkildə hazırlaşır

Tarix: 10-01-2024 21:46     Baxış: 4171 A- / A+
 Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkiləri keçiriləcək.
 
Vətəndaş vəzifəsi və məsuliyyətini dərk edən Azərbaycan könüllüləri seçki prosesinə töhfə vermək məqsədilə seçki qanunvericiliyinə uyğun olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqının təmsilçiləri qismində seçkilərin müşahidəsində iştirak etmək niyyətindədirlər.

Azərbaycan Könüllü Təşkilatları İttifaqından Manevr.az-a bildiriblər ki, bununla bağlı könüllülərin siyahısı hazırlanıb və qaydalara uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
 
Qeyd edək ki, aktiv seçki hüququna malik olan, 18 yaşına çatmış və seçki gününə qədər 18 yaşı tamam olan Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə müşahidəçi qismində iştirak edə bilər.
 
İttifaq olaraq bütün Azərbaycan Könüllülərini və gənclərini fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində səsvermədə fəal iştirak etməyə dəvət edirik.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar