Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan keçmiş işçisi deputat Səttar Möhbalıyevi niyə müdafiə edir...

Tarix: 09-01-2024 11:12     Baxış: 3188 A- / A+


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər şəxslərinin iştirakı ilə “Məhsul” stadionunun satılması adı altında dələduzluq faktına dair 2022-ci ildə başlanmış cinayət işi üzrə məhkəmə çəkişməsi davam edir.

Manevr.az xəbər verir ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib. Dekabrın 25-də keçirilən məhkəmə prosesinin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev sərbəst ifadə verib, vəkillərin və dövlət ittihamçısının suallarını cavablandırıb. O, Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı altında sahibkarlara məxsus 900 min manatın aldatma yolu ilə mənimsənilməsinə görə bütün məsuliyyəti "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun üzərinə atıb.

Alik Həsənov isə ona qarşı səsləndirilən ittihamlarla razılaşmayıb. O, sərbəst ifadə verən Nadir Əliyevin yalan danışdığını, əsil həqiqətləri gizlətdiyini və bu işdə məhz onun əsas fiqurant olduğunu bildirib. 

Alik Həsənov “Məhsul” stadionuna aid torpaq sahəsinin çoxmərtəbəli binaların tikintisi məqsədilə ayrı-ayrı sahibkarlara satılması və pulların dələduzluq yolu ilə mənimsənilməsi işində növbəti dəfə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adını da hallandırıb. O, Nadir Əliyevə istinad edərək Konfederasiya sədrinin bu işdə əsas rol oynadığını, alqı-satqı və sənədləşmə məsələlərinin onunla razılaşdırıldığını deyib.

Maraqlıdır ki, Nadir Əliyev də ibtidai istintaqa ifadəsində sahibkarlara qarşı dələduzluq faktından bəhs edərkən Konfederasiya sədrinin adını çəkmişdi. Lakin o, sonradan mövqeyini dəyişərək məhkəmədə verdiyi sərbəst ifadəısində Səttar Möhbalıyevin adını hallandırımaqdan çəkinib və ümumi olaraq "rəhbərlik" sözlərindən istifadə edib.

Dünənki prosesdə Nadir Əliyevin baş verənlərə aidiyyətinin olmadığı barədə iddialarını təkzib edən sübutlar məhkəməyə təqdim edilib. 
 
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı Nadir Əliyevin Alik Həsənovla əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanda yerləşən "Məhsul" stadionunun ərazisini  5,5 milyon manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirməklə əvvəlcədən beh verilməsi və Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı altında onlara məxsus 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə dair əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı Alik Həsənovun eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib. Bu hallarla bağlı toplanan ilkin sübutlar əsasında 2022-ci ildə Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.

Zərərçəkənlərdən birinin vəkili olan Aslan İsmayılov indiyə qədər keçirilən məhkəmə prosesləri zamanı bu işdə adı hallandırılan deputan Səttar Möhbalıyevin məhkəməyə çağırılması barədə bir neçə dəfə vəsatət qaldırsa da, Konfederasiya rəhbəri hələ ki, məhkəməyə gətirilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar