Xəbər lenti
“Kimsə buna inanmırdı, artıq Zəngəzur dəhlizi...” – Britaniyalı analitik
Manevr.az xəbər verir ki, bunu britaniyalı analitik Tomas de Vaal deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiya ilə münasibətləri itirmək və ya kəsmək təhlükəsi ilə üzləşəcək.
Vaal qeyd edib ki, Baş nazir Nikol Paşinyan hakimiyyətə gələnədək Rusiya Ermənistanla əlaqələrini yaxşı saxlayıb, bundan sonra isə araya gərginlik çöküb. O, buna baxmayaraq, Moskvanın Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı olmaqda davam etdiyini söyləyib.
Britaniyalı analitik onu da qeyd edib ki, Ukrayna ilə müharibə başlayandan Cənubi Qafqaz Rusiya üçün ikinci plana keçib.
Vaalın fikrincə, regionda və dünyada dəyişinən geosiyasi reallıqlar kontekstində Azərbaycan Rusiya üçün daha vacibdir, nəinki Ermənistan:
“Azərbaycan Rusiya üçün əsasən Cənuba, İrana, Yaxın Şərqə gedən yoldur. Belə olan halda Ermənistanın əhəmiyyəti azalır. Bu səbəbdən tarixdə ilk dəfə Rusiya bölgədə baş verənlərə (44 günlük müharibə və antiterror tədbirlərinə) reaksiya vermədi”.
Analitik Ermənistanın Rusiyadan uzaqlaşmaq səylərinə də diqqət çəkib:
“Ermənistan bundan əvvəl də xarici siyasətini şaxələndirməyə çalışıb. Məsələn, 90-cı illərdə - Ter-Petrosyanın dövründə Avropa, ABŞ, Yaxın Şərqlə çoxşaxəli əlaqələr qurulurdu, bu nöqteyi-nəzərə görə, Rusiya çoxsaylı tərəfdaşlardan yalnız biri olmalıydı. Amma Moskvadan hərbi-iqtisadi asılılıq xüsusilə Robert Köçəryanın dövründə bütün iqtisadi aktivlər Rusiyanın nəzarətinə keçəndə, Gümrü hərbi bazası genişləndiriləndə artdı. Bu, reallıq idi, bu asılılıq davam edir.
Rəqəmlərə baxın. Ermənistan qazının 80 faizindən çoxu hələ də Rusiyadan gəlir. Rusiya ilə ticarət mühüm əhəmiyyət kəsb etməkdə davam edir. Rusiya Lars keçid məntəqəsini bağlayanda bu, Ermənistanın iqtisadiyyatına təsir göstərir. Bütün təsir rıçaqları hələ də qalır, amma indi ondan uzaqlaşmaq üçün səylər var, proses yavaş olsa da, gedir”.
Sülh müqaviləsinə gəlincə, Vaal hesab edir ki, Ermənistan məsələni qloballaşdırmaq, Azərbaycan isə regional çərçivədə həll istəyir. O, “əsas problem”in bununla bağlı olduğunu iddia edir.
Vaal Zəngəzur dəhlizinə olan qlobal marağa da toxunub:
“Bir neçə il əvvəl kim inanardı ki, Qafan şəhərində Avropa İttifaqının, İranın bayraqları görəcək, fransızlar orada konsulluq açmaq istəyəcək, ruslar da oradadır. Bu niyə baş verir? Çünki bura həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətləri üçün həlledici marşrutdur. Vaxtilə Naxçıvandan İrana dəmir yolu vardı. Əlbəttə, bu bağlandı, 30 ildir oradan qatar keçmir. Amma Sünik və ya Zəngəzurdan keçən dəmir yolu yenidən tikilsə, Naxçıvan yenə Rusiya və İranın dəmir yolu keçidinə çevriləcək. Deməli, Rusiya və İran yenidən həmin bölgəyə baxır.
Zəngəzur Azərbaycan üçün Türkiyə ilə əlaqədir, Qərb üçün isə Türkiyə, Ermənistan, Azərbaycan ərazisindən Orta Asiyaya yeni Şərq-Qərb kanalıdır. Beləliklə, birdən bu kiçik, 43 kilometrlik dəmir yolu hamını maraqlandırmağa başlayır. Ukraynadakı müharibə bütün bu Şərq-Qərb yollarını bağladığından, Qafqazdan keçən bu Şərq-Şimal-Cənub kanalları daha çox əhəmiyyət kəsb edir”.
Qərbdən Ermənistana hərbi yardım vədləri ilə bağlı Vaal vurğulayıb ki, bu, siyasi maraqlardan irəli gəlir:
“Ortada siyasi maraq var, bir az da iqtisadi. Təhlükəsizliyə gəlincə, Avropa İttifaqı və NATO-nun Ermənistan ordusuna sərmayə qoyacağına şübhə edirəm. Ermənistan hələ də KTMT üzvüdür. Ola bilsin ki, Fransa ikitərəfli səviyyədə nəsə etsin, amma burada söhbət uzunmüddətli prosesdən gedir. Uzunmüddətli dönəmdə Ermənistanın yaxşı perspektivləri ola bilər. Amma bu, daha uzunmüddətli perspektivdədir. Qısa müddətdə, məsələn, 2024-cü ildə çox şey olmaya bilər. Qərbin təklif edə biləcəyi qısamüddətli yox, uzunmüddətlidir”.
Tomas de Vaal bu fikirləri ABŞ-nin “Azadlıq” radiosunun Ermənistan bölməsinə müsahibəsində səsləndirib. Azərbaycana qarşı düşmən və qərəzli mövqeyi ilə seçilən analitik müshibə boyu erməni jurnalistin suallarını elə erməni kimi də cavablandırıb, yəni qərəzli, düşməncə, kinli və sair. Hər halda hər fürsətdə Azərbaycana qarşı kinini açıq büruzə verən birindən başqa şey gözləmirik.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar