Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni Bakı və Sumqayıt yolu tıxaclara necə təsir edəcək? - AÇIQLAMA

Tarix: 08-01-2024 12:33     Baxış: 4172 A- / A+



2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, çox müsbət haldır.
"Çünki mövcud Bakı-Sumqayıt yolunu nə qədər genişləndirsələr də, effektiv alınmır. Hazırkı yolda maşınlar Xırdalan, Masazır dairəsində və "20 yanvar" "Şamaxinka" istiqamətində tıxacda qalır. Bu da müəyyən problemlər yaradır. Bundan başqa hazırkı yolu genişləndirmək üçün bir çox söküntü işləri aparılmalıdır. Bir neçə il qabaq Bakı-Sumqayıt yolu standart məhəllə yolu kimi tikilib və gələcək perspektiv hesablanmayıb. Ona görə də yeni yol inşa edilərsə, həmin istiqamətdə olan problemlər aradan qalxacaq".
Ekspert Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km-dək artırılacağına da toxunub.
"Paytaxtda elə küçələr var ki, orada söküntü işləri aparmaqla həm nəqliyyatın axını, həm də piyadaların hərəkəti üçün rahat şərait yaratmaq olar. Elə küçələr və prospektlər var ki, nəqliyyat hərəkətinə ciddi problemlər var. 368,7 km çox böyük bir rəqəmdir. Bu qədər küçə-yol şəbəkəsinin qurulması nəqliyyatın düzgün idarə edilməsini tənzimləyəcək, ancaq bunu qoruyub saxlamaq lazımdır. Sonradan həmin yolların qırağında obyekt, parklanma yeri salınmasa, müsbət nəticələr gözləməyə dəyər", - deyə o qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar