Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Polad Həşimovun xatirəsi məzarı başında yad edildi

Tarix: 02-01-2024 12:31     Baxış: 3111 A- / A+

Polad Həşimovun xatirəsi məzarı başında YAD EDİLDİ

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə məzarı ziyarət olunub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Müdafiə Nazirliyinin bir qrup zabiti və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan danışılıb, onun həyatının gənc zabitlərə örnək olduğu xüsusi vurğulanıb. General-mayor P.Həşimovun hərbi xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən orden və medallarla təltif edildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində xüsusi xidmətlərinə və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq Sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.
14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor P.Həşimov Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Milli Qəhrəmanın məzarı üzərinə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar