Xəbər lenti
UNEC-də "Heydər Əliyevin həyatının unikal səhifələri" kitabının təqdimatı olub -ŞƏKİLLƏR

Manevr.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən UNEC rektoru professor Ədalət Muradov kitabın ərsəyə gəlməsindən danışıb. Rektor Ulu Öndərin zəngin irsi ilə bağlı tədqiqatların aparılmasının və təbliğinin vacibliyinə diqqət çəkərək, UNEC Ekonofizika Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kitabın bu istiqamətdə mühüm rol oynayacağını bildirib. “UNEC Rəqəmsal Mətbəə”də nəfis tərtibatla çap olunmuş kitabda professor Şahlar Əsgərovun Ümummilli Lider Heydər Əliyevin bənzərsiz və fenomenal həyatı barədə düşüncələrinin və xatirələrinin əks olunduğunu deyib. Ədalət Muradov “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının respublika əhəmiyyətli aparıcı kitabxanalara, eləcə bir sıra ali təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunacağını bildirib.
Kitabın müəllifi UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri professor Şahlar Əsgərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın yeni dövlət kimi qurulmasındakı misilsiz xidmətlərindən, fenomenal idarəçilik bacarıqlarından söz açıb. Kitab haqqında məlumat verən prof. Şahlar Əsgərov burada dahi şəxsiyyətin həyatının unikal səhifələri barədə öz xatirələrinin, eləcə də Ulu Öndərin aforizmlərinin yer aldığını bildirib.
Tədbir iştirakçıların Ümummilli Lider Heydər Əliyev haqqında çıxışları ilə davam edib.
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar