Xəbər lenti
"Facebook" orucu pozurmu? (ŞƏRH)

Hazırda bütün müsəlman aləmi Ramazan ayını qeyd edir. Orucluq ayında sağlam qidalanma qaydaları haqqında ötən günlərdən birində məlumat vermişdik.
Bu gün isə Ramazan ayının "olmaz"larından danışacağıq. İlahiyyat elmləri namizədi, BDU-nun İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi Elşad Mahmudova müraciət etdik.
- Elşad bəy, orucu nə batil edər?
- Əgər imsakdan iftara qədər ağızdan mədəyə heç nə keçməzsə, oruc tutan şəxs hər hansı cinsi əlaqədə olmasa, onun orucu batil olmaz.
- Bəs sosial şəbəkələr necə orucu poza bilərmi?
- Baxır siz onu hansı məqsədlə istifadə edirsiniz. Hər hansı yalan-yanlış məlumat yazırsınızsa, dedi-qodu edib, şər atırsınızsa bunlar günah sayılar. Çünki bu əməllər dində qadağan olunub, haram buyrulub. Amma orucu pozmaz.
- Məsələn, hesab edək ki, oruc tutan bir şəxs "Facebook" sosial şəbəkəsinə daxil olur və hər hansı yemək və ya şəhvət hissi yaradacaq şəkil görür, bəyənir. Bu zaman oruc batil hesab olunarmı?
- Məsələ belədir ki, orucun qaydalarından əlavə mənəvi keyfiyyətləri var. Əgər o istiqamətdən yanaşarıqsa təbii ki, şəhvət yaradan heç bir şəkil və s. baxmaq olmaz. Hədislərimizdə də buyrulub ki, belə hallar göz zinası sayılır və günah buyrulur. Qısacası, bu kimi əməllər orucu batil etməsə də, onun fəzilətinə, mənəvi keyfiyyətinə xələl gətirər.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar