Xəbər lenti
Bayram günlərində maqnit qasırğası GÖZLƏNİLİR
Azərbaycanda dekabrın sonu və bayram günləri üçün kosmik hava proqnozu açıqlanıb.
Bu barədə BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, ötən günlərdə Günəşin fəallığı aşağı səviyyədə olub:
“Günəş diskində C sinfinə aid bir necə alışma baş versə də, geoeffektiv (Yerə yönələn) tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyi parametrlərini ölçən DSCOVR peykindən əldə olunan görüntülər külək fonunun normal səviyyədə olduğunu deməyə əsas verir. 28 dekabr 2023 cü il - 03 yanvar 2024-cü il tarixlərində maqnit qasırğalarının gücünün ölçülməsində istifadə olunan Kp əmsalı 10 ballıq şkala (0-9) üzrə 2-4 intervalında dəyişəcək. Kiçik fasilələrlə fəal səviyyədə (Kp=4) olsa da, ümumən geomaqnit şəraitin sakit olacağı proqnozlaşdırılır. Orta en dairələrində geomaqnit qasırğanın baş vermə ehtimalı 1%-dən azdır”.
Qeyd olunub ki, maqnit qasırğası güclənə bilər: “Günəş fəallığının təsiri nəticəsində geomaqnit sahədə həyəcanlanmaların artması səbəbindən yarana bilən maqnit qasırğası Kp əmsalının 5-ə bərabər (G şkalası üzrə G1 səviyyə) qiymətindən başlayaraq maksimal 9-a qədər (G şkalası üzrə G5 səviyyə) güclənə bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar