Xəbər lenti
“XXI əsrdə məktəb yaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib - Şəkillər

Dekabrın 25-də Bakıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “XXI əsrdə məktəb yaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib.
Manevr.az xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli konfransda iştirak edib.
Deputatın bildirdiyinə görə, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Deputat konfransda çıxış edərək, onun mühüm əhəmiyyətindən, həmçinin, Azərbaycanda güclü ailə münasibətlərinin olması üçün sağlamlığa müsbət münasibətləri təşviq etmək, uşaqlarda və gənclərdə bütün ətraf mühitin mənfi elementlərinə davamlılığı inkişaf etdirmək və gücləndirmək potensialının yaranması haqda bəhs edib.Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































