Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Prezident yanında Təhlükəsizlik Xidmətinin rəhbəri Ramil Usubov "Şərəf" ordeni nilə təltif edilib.
Manevr.az axar.az-a istinadən bildirir ki, R.Usubovun mükafatlandırılmasının səbəbi onun 75 yaşının tamam olması ilə bağlıdır.
Ramil Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1966-1968-ci illərdə Sovet ordusunun Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir.
Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) Şəhər-Rayon Polis Şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.
1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.
Ramil Usubov 11 avqust 1993-cü ildə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, 29 aprel 1994-cü ildə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
3 may 1994-cü ildə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci ildə general-leytenant, 15 yanvar 2002-ci ildə general-polkovnik hərbi rütbəsi verilmişdir.
Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.
R.Usubov "Azərbaycan Bayrağı", "Böyük zabit" (Polşan), 1-ci dərəcəli "Vətənə xidmətə görə", "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.
Ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.
Emil Usubov polis general-mayoru, Raul Usubov isə polis polkovnik-leytenantıdır, hər ikisi "İgidliyə görə" medalı ilə təltif edilib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar