Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident və birinci xanım Ağdamdadır -ŞƏKİLLƏR

Tarix: 24-12-2023 18:29     Baxış: 4247 A- / A+


Prezident və birinci xanım Ağdamdadır-FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.
Manevr.az xəbər verir ki, dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.
Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində “AzərEnerji” tərəfindən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası inşa edilib. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.
Qeyd olunub ki, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, “Ağdam” qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda “Ağdam” qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da “Ağdam” qovşaq yarımstansiyasından təmin ediləcək.
“Ağdam” qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və “AzərEnerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.
Dövlətimizin başçısı “Ağdam” qovşaq yarımstansiyasını işə saldı.
Qeyd edək ki, buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “AzərEnerji”nin yeni tikilən 110/35/10 kV-luq “Ağdam-1” yarımstansiyası və onun yaxınlığında tikilən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci, dördüncü  yaşayış komplekslərinin təməlinin qoyulması mərasimində iştirak ediblər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı, Salahlı Kəngərli  və Baş Qərvənd kəndlərinin təməlini qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.
 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində, Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.
Prezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTOPrezident və birinci xanım Ağdamdadır-FOTO


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar