Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyevin Prezidentliyi – Dünəndən Gələcəyə baxış

Tarix: 24-12-2023 12:24     Baxış: 3155 A- / A+



Aqil Məmmədov
Milli Məclisin deputatı

Azərbaycanın müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyətinə nəzər salarkən, ilk növbədə Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Xalqa müraciətini xatırlamaq lazım gəlir. Prezident seçkisi ərəfəsində ilk dəfə İlham Əliyevə səs verəcək Azərbaycan xalqına müraciət edən Heydər Əliyev öz çağırışında həm ümid, həm inam, həm əminlik ifadə edirdi.
Ümummilli liderin müraciətində deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ötən 20 il həm Azərbaycan xalqına, həm də bütün dünyaya göstərdi ki, Heydər Əliyev seçimində, təklifində, tövsiyəsində tamamilə haqlı idi.
2003-cü ilin 15 oktyabrında Prezident seçilən İlham Əliyevin daxili və xarici siyasətinin, dövlət idarəetməsinin təməli Ulu Öndər Heydər Əliyev siyasəti olub. Çünki, bu siyasət Azərbaycanın bəlalardan qurtularaq inkişaf yoluna qədəm qoymasının, işğal olunmuş torpaqlarının azad edilməsinin alternativsiz modeli idi.
Eyni zamanda, sürətlə inkişaf edən dünyada novatorluq, təşəbbüskarlıq qabiliyyəti, Ulu Öndərin müraciətində qeyd edildiyi kimi İlham Əliyev şəxsiyyətinin əsas göstəricilərindən biridir. İlham Əliyev Heydər Əliyev siyasətini davam etdirməklə yanaşı, onu inkişaf etməkdə olan dünyanın tələblərinə uyğunlaşdıraraq həm dövlət idarəetməsində, həm də daxili və xarici siyasətdə, həyətanı bütün sahələrində yeniliklərə imza atdı.
Daxili siyasətdə, cəmiyyət içərisində, siyasi qüvvələr arasında sağlam münasibətlərin bərqərar olması, çoxpartiyalılığın təmin olunması, partiyaların qeydiyyat prosedurlarının asanlaşdırılması, qanunverici orqanda təmsilçilik kimi addımlar ölkənin ictimai-siyasi həyatına müsbət atmosfer gətirdi. Bu gün parlament rəhbərliyində belə müxalif partiya nümayəndələri təmsil olunur. Parlamentdə təmsil olunan partiyaların hər birinə dövlət budcəsində əhəmiyyətli miqdarda maliyyə vəsaiti ayrılır.
İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası siyasi partiyalar arasında sağlam münasibətlərin qurulmasında, ölkədə siyasi münasibətlərin sivil məcrada davam etməsində hər zaman təşəbbüskar rolda olub, əməli nümunələr göstərib.
Hər zaman olduğu kimi, siyasi palitranın müxtəlifliyi bəzi xarici dairələrin təsiri altında İlham Əliyev iqtidarına, Azərbaycan dövlətinə qarşı sistemli təxribatçı fəaliyyətlə məşğul olan “liderlər”in və ya “partiyaların” mövcudluğunu da istisna etməyib. Ancaq, bu destruktiv qüvvələrin fəaliyyəti heç zaman xalqdan dəstək almayıb. Bu gün də, Azərbaycan xalqı hər şeyi doğru-düzgün qiymətləndirərək 30 il əvvəl olduğu kimi Heydər Əliyev siyasətinə, bu siyasətin davamına dəstəyini verir. 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə bu dəstək özünü yüksələn xətlə göstərib.
Prezident İlham Əliyevin davam etdirdiyi Heydər Əliyev siyasətinin daha bir istiqaməti qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərin tarixin heç bir mərhələsində olmamış ən yüksək strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsidir. “Bir millət iki dövlət” şüarı əsasında qurulan yeni münasibətlər iki ölkə liderinin – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoöanın şəxsi dostluğu, qardaşlığı sayəsində daha gerçək məzmun almışdır. Bu münasibətlərin zirvəsi 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi oldu.
İki ölkə arasında münasibətlərin uğurlu inkişafı digər türk ölkələri ilə münasibətlərlərə də öz müsbət təsirini göstərdi. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini xarici siyasətdə prioritet səviyyəsinəd qaldıran Azərbaycan bu gün İlham Əliyevin liderliyi ilə Türk dünyasının aparıcı birləşdirici ölkəsi kimi çıxış edir.
İlham Əliyev siyasətinin zirvəsi sözsüz ki, 30 il müddətində Ermənistanını işğalı altında qalmış Azərbaycan torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam şəkildə təmin olunmasıdır. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
Bu gün işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyat qayıdır, şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Bölgədə aparılan infrastruktuq layihələri birbaşa ölkə Prezidentinin nəzarəti altındadır. İlham Əliyev çox sıx şəkildə səfər etdiyi azad edilmiş bölgələrə səfərlərində ümumi prosesi bütün detalları ilə öyrənir, tapşırıq və tövsiyələrini verir. Artıq, Böyük Qayıdışa start verilib, doğma yurd-yuvasında didərgin düşmüş həmvətənlərimiz tədricən öz yurdlarına dönürlər. Azərbaycan Prezidentinə, onun siyasətinə olan bu inam Böyük Qayıdışın bundan sonra da uğurla davam edəcəyini göstərməkdədir.
Xalqımız bu inam və ruhla gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək və öz səslərini daha böyük üstünlüklə İlham Əliyevə verəcəkdir. Hər bir səs insanların öz gələcəklərinə, gələcək Azərbaycana veriləcək səs olacaqdır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar