Xəbər lenti
Xankəndidən verilən mesaj: Azərbaycan xalqının əzminin və iradəsinin ifadəsi – Millət vəkili

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dekabrın 21-də Xankəndi stadionunda çıxışı, vermiş olduğu mesaj mühüm tarixi əhəmiyyət kəsb edir. Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyunun keçirilməsi də qürurverici idi. Bu sözsüz ki, bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə oldu. İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə keçirilən futbol matçında şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi olaraq oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
“Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulub. Sonrakı tarixi dövrdə isə Azərbaycan Respublikasının vəsaiti hesabına memarlarımız tətəfindən burada şəhər salınıb. Təəsüf ki, Ermənistanın işğal siyasətinin mahiyyəti olaraq 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdı. Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistan bunun əbədi davam edəcəyini düşünürdü. Amma şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və buranın əsl sahibləri Azərbaycan xalqıdır. İkinci Qarabağ müharibəsindən sonra özünün işğal siyasətinə və separatizmə dəstək niyyətindən imtina edə bilməyən Ermənistan növbəti dəfə Azərbaycan ərazisinə olan iddialarından əl çəkmək istəmirdi. Məhz 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri ilə Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam etdi, Artıq bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı qürurla dalğalanır”.

Aqil Məmmədov vurğulayıb ki, Xankəndi stadionunda futbol yarışının keçirilməsi rəmzi məna kəsb etməklə Azərbaycan xalqının əzminin, iradəsinin, tarixi qələbəsinin xarakterini göstərən mühüm amillərdən biri idi: “Çünki Zəfərlə Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Bundan sonra da Azərbayan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün tarixi torpaqlarımızda geri qayıdaraq burada əbədi, xoşbəxt və təhlükəsiz bir şəraitdə yaşayacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar