Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Seçkidə iştirak etməyən partiyaların ləğvi məsələsi - qanun 2024-də işə düşə bilər

Tarix: 21-12-2023 14:12     Baxış: 4242 A- / A+


 

“Radikal müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi tək hüquqi deyil, elə mənəvi tərəfdən da yanlış bir yoldur”
Əksər ənənəvi müxalif partiyaları 7 fevral prezident seçkisində iştirakdan imtina edib. Bir sıra partiyalar isə seçkidə hakim partiyanın namizədini dəstəklədiklərini bəyan ediblər. Düzdür, bunlar fərqli məsələlər. Ancaq bu mövzu gündəmə bir mövzunu gətirir: Yeni “Siyasi partiyalar haqqında” Qanuna görə, parlament, prezident  və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etməyən siyasi partiyaların qeydiyyatı ləğv ediləcək. 
Ənənəvi müxalifət partiyaları - Müsavat, AXCP uzun illərdir ki, Azərbaycanda keçirilən deputat, prezident və bələdiyyə seçkilərində iştirak etmir. Yeni qanunun tələbi ilə əgər partiyalar 2024-cü ilin bələdiyyə seçkilərində də iştirakdan imtina etsələr, onların qeydiyyatı qanunla ləğv edilməlidir. Bu təhlükəni nəzərə alırlarmı? Ümumiyyətlə, qanunun bu tələbi hansı halda və hansı qurum tərəfindən tətbiq edilir?
Cəmiyyət bütövlükdə buna qarşı çıxacaq” - Fikrət Yusifov
Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu qüvvələrin ünvanına çox sərt danışdı. O hesab edir ki, həmin qüvvələr əvvəlcədən işlərini bildikləri üçün bu yola əl atmağa məcbur qalıblar: “Ənənəvi müxalifət dediyimiz və 1980-ci illərin sonlarından siyasi müstəvidə çabalayan, lakin elə həmin illərin meydan psixologiyasından ayrıla bilməyən AXCP-Müsavat cütlüyü bu gün də öz məkrli planlarını yerə qoya bilmir. Bu adamların, el dili ilə desək, dişində hakimiyyət şirəsi qalıb. Ancaq hakimiyyətə yenidən qayıda bilməyin yollarını tapa bilmirlər. Yeganə bildikləri yol ancaq ölkəni qarışdırmaq, qarşıdurma yaratmaq və 90-cı illərin əvvəlində olduğu kimi qaragüruhla hakimiyyətə yiyələnməkdir. Adamlar sivil mübarizə aparmağa özlərində güc tapa bilmirlər. Ölkədə demokratiya, insan azadlığı, söz azadlığı yoxdur deyə-deyə dayanıb yerlərində sayırlar. Bir bunlardan soruşan yoxdur ki, bu ölkədə demokratiya, insan azadlığı, söz azadlığı yoxdursa, sizlər sosial şəbəkələrdə gecə-gündüz hakimiyyətin ünvanına davamlı şəkildə necə qara yaxa bilirsiniz? Bir gündə Əli Kərimli, Arif Hacılı və bu sıradan olan daha kimlər internet televiziyalarında neçə dəfə çıxış edib hakimiyyətin ünvanına yersiz tənqidlər yağdırırlar? Bəs siz özünüzə heç sual vermirsiniz ki, biz bu hakimiyyəti söz, insan azadlığında suçlasaq da, ölkənin içərisində oturub onu necə belə kəskin tənqid edə bilirik. Əgər hakimiyyət siyasi baxışlara və ya onu tənqid etməyə görə insanları həbs etmək yolunu seçsəydi, onda hər gün hakimiyyətin ünvanına onlarla qara yaxan sizlərin də hamısı həbs olunmalı idi. Bax bunu görmək istəmirsiniz. Bax bunu etiraf etmək istəmirsiniz. Çünki bütün bu dediklərimiz sizə sərf etmir.
İndi yenə də durmusunuz ki, gələn il fevral ayının 7-də keçiriləcək seçkiləri boykot edirsiniz. Siz seçkini deyil, özünüzü boykot edirsiniz. Xalq sizləri çoxdan boykot edib. Siz seçkiyə gedib İlham Əliyevin qarşısına nə ilə çıxacaqdınız ki? Əlli milyonluq Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 44+1 gündə son vermiş Ali Baş Komandanla özünüzü bir tərəziyə qoymağımı düşünürdünüz? Sizlər nə xalqı, nə də dövləti düşünənlər deyilsiniz. Sizlər yalnız öz maraqlarını düşünənlərsiniz! Seçkiyə gedib tam fiaskoya uğrayacağınızı bildiyinizdən onu guya boykot etdiniz. 
Unutmayın ki, "Siyasi partiyalar haqqında" yeni qanun seçkilərdə iştirakdan imtinaya görə hansı sanksiyaları nəzərdə tutur. Sonra deməyin ki, biz bunu bilmirdik..."
Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist  qərarını alqışlayır - AZƏRTAC
Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev AXCP-nin ləğv olunması üçün üzvlərin sayı baxımından hüquqi zəmin yarandığını düşünür: “Öncə onu qeyd edim ki, radikal müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi tək hüquqi deyil, elə mənəvi tərəfdən da yanlış bir yoldur. Və ya sən seçkilərdə ümumən yoxsansa, o zaman niyə özünə siyasətçi deyirsən? Bəs başqa hansı fəaliyyətlə məşğulsan? Məramın, məqsədin, hədəfin nədir?
İnanın, heç özləri də bilmir nə edirlər. Təbii ki, “Siyasi partiyalar haqqında” Qanunun tələbi hamı üçün keçərlidir, o cümlədən AXCP və digərləri üçün. Kimsə siyasətdən başqa hər şeylə məşğuldursa, o zaman getsin həmin məşğuliyyəti başqa adla, başqa meydanda icra etsin. Siyasi partiya qismində deyil.
Parlament seçkilərində yoxdurlar, prezident seçkilərində yoxdurlar, bələdiyyə seçkilərində yoxdurlar. Maraqlıdır, bunlar hansı seçkiyə qatılacaqlar bəs? Bəlkə pambıq yığımı yarışlarını gözləyirlər? Ya da qaçış marafonunu?
Yeni qanunla reyestrdəki üzvlərin siyahısı ildə 2 dəfə yenilənməlidir və hesab edirəm ki, elə bu yenilənmə kifayət edəcək ki, AXCP kimi partiyaların qeydiyyatı ləğv olunsun. Çünki bunlar hələ o vaxt Ədliyyə Nazirliyinə 5004 nəfərlik siyahı təqdim etmişdilər. Aradan keçən qısa müddət ərzində isə  AXCP-dən yüzlərlə istefa olub və biz bu haqda məlumatları mətbuatdan da oxumuşuq. Yəni, həmin 5004 nəfərlik siyahıdakı vəziyyət, rəqəm çox güman mənfi anlamda, azalan istiqamət üzrə çoxdan dəyişib və hesab edirəm ki, Ədliyyə Nazirliyi növbəti reyestr dəqiqləşdirməsində belə hallara xüsusi diqqət yetirəcək".
Universitetlər özəlləşdirilməlidir - Niyaməddin Orduxanlı - GlobalInfo.az
Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bu qərarların seçkiyə heç bir təsirinin olmayacağını qeyd etdi: “Siyasi partiyanın seçkidə iştirak etməməsi başadüşülən deyil və bu, qəbuledilməzdir. Həmçinin də partiya boykot qərarı verir. O zaman sən niyə siyasi fəaliyyətlə məşğul olursan? Partiyadan istefa ver, partiyanı burax, get başqa sahədə çalış! Əli Kərimli 20 ildir prezident seçkilərində cəsarət edib iştirak etmir. O, 20 ildir İlham Əliyevə rəqib olmağa cəsarət etmir. Dovşan kimi qabağından qaçır. Müsavat Partiyası ötənlərdə prezident, parlament, bələdiyyə seçkilərində iştirak edib. Bu iki partiyanın boykot qərarı cəmiyyət tərəfindən dəstək almayacaq. Çünki cəmiyyətdə böyük nüfuz sahibi deyillər. Böyük sosial dayaqları yoxdur. Yeni "Siyasi partiyalar haqqında" Qanuna görə siyasi partiya 2 dəfə seçkidə iştirak etmədikdə siyasi partiya ləğv edilə bilər. Əlbəttə ki, qanun əsas götürülməlidir. Heç bir partiya qanundan üstün ola bilməz.
Biz BAXCP olaraq prezident seçkisində öz liderimiz hörmətli Qüdrət Həsənquliyevlə iştirak edəcəyik. Bütün gücümüzlə Qüdrət bəyin qalib gəlməsinə çalışacağıq. Seçiciləri seçki günü məntəqələrə gəlib, Qüdrət Həsənquliyevə səs verməyə çağıracağıq!
Adlarını çəkdiyiniz qüvvələr qəsdən İlham Əliyevin alternativsiz seçkiyə getməsi ilə bağlı fikirlər yayırlar. Bunu seçkini gözdən salıb ölkənin beynəlxalq imicini korlamaq, seçkinin legitimliyini şübhə altına almaq istəyənlər edirlər. Vaxtilə özünü müxalifət, ölkənin gələcəyini düşünən “böyük siyasətçilər” kimi xalqımıza sırımağa cəhd etmiş adamlar da bəlli səbəbdən seçkiyə qatıla bilmədikləri üçün deyirlər ki, İlham Əliyevə səs verəcəklər. Başqa vaxt bir çox problemlərin müxalifətin zəifliyindən qaynaqladığını söyləyirlər. Gözəl başa düşürlər ki, İlham Əliyevin onların dəstəyinə ehtiyacı yoxdur..."musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar