Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu qurumun səlahiyyətləri artırıldı

Tarix: 21-12-2023 13:30     Baxış: 4163 A- / A+



Epidemik göstərişlərə görə profilaktik peyvəndləmə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən aparılacaq.
Bu barədə Baş nazir Əli Əsədov "Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması müddəti və Qaydası"nda, "Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə"də və "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Belə ki, dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılır.
Əvvəlki qaydaya görə, bu istiqamətdə profilaktik peyvəndləmə aparmaq səlahiyyəti olan qurumların siyahısında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də vardı. Dəyişiklikdən sonra bu səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən alınaraq TƏBİB-ə verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar