Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Seçkilərin hər mərhələsində daha da irəli getmişik - Zeynal Nağdəliyev

Tarix: 20-12-2023 11:52     Baxış: 4142 A- / A+



Bu gün Azərbaycanın seçki qanunvericiliyi demokratikliyə və şəffaflığa görə dünyanın müvafiq aktlarından geri qalmır.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O qeyd edib ki, biz seçkilərin hər mərhələsində daha da irəli getmişik.
Z.Nağdəliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə seçkilər ilk dəfə keçiriləcək:
"Azad edilmiş ərazilərə beş minə yaxın insan köçürülüb. Ölkə üzrə hər bir seçki məntəqəsinə baxış keçirilir. Vətəndaşların rahat səsverməsi üçün seçki məntəqələri tam hazır vəziyyətə gətirilməlidir. Zəruri tədbirlər həyata keçirilir, mövcud problemlər aradan qaldırılır".
Z.Nağdəliyev vurğulayıb ki, seçkilərdə bütün namizədlərə bərabər şərait yaradılmalıdır.
"Sərbəst toplaşmaq üçün bütün tələblərə cavab verən açıq və qapalı yerlərin ayrılması üçün müvafiq icra hakimiyyəti orqanlarına lazımı tapşırıqlar verilib. Bütün mərkəzi və yerli icra hakimiyyəti strukturları seçkilərin keçirilməsinə tam səfərbər olublar", - deyə o, əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar