Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ İrəvana “yatırım” etdi, bu da nəticəsi...

Tarix: 19-12-2023 17:23     Baxış: 3159 A- / A+


Rusiya-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini böhran kimi qələmə vermək olar. Bu, İrəvanla Moskvanın, İrəvanla KTMT-nin qarşılıqlı fəaliyyətinə aiddir.
Manevr.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
“Cənubi Qafqazda yeni reallıq, Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması Ermənistan cəmiyyətinin mühüm hissəsinin Rusiyaya qarşı haqsız və vicdansız ittihamlarına səbəb oldu. Rusiya Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib. Lakin erməni cəmiyyətində kiminsə əsassız və həddindən artıq gözləntiləri olubsa, o zaman hərəkətlərimizi politologiya və siyasi elita vasitəsilə erməni cəmiyyətinə izah etmək lazımdır. İstənilən halda Paşinyan Qərbə bu dönüşünü davam etdirəcək. Biz Paşinyanın yerində Zelenskinin erməni versiyasını görmək istəmirik. Baxmayaraq ki, bu variantı də istisna etmək olmaz. Qərbin məqsədi isə artıq bəllidir: Ermənistanı Ukraynanın analoqu etmək. Düzünü desək, amerikalılar siyasətlərində, xüsusən də postsovet məkanında çox uğurludurlar. Onlar Sərkisyanın rəhbərliyi altında MDB-də ən böyük Amerika səfirliyini açanda, bununla bağlı Dövlət Departamentinə sual verdilər ki, niyə? Cavab verdilər ki: “Bizim gələcəyə qoyduğumuz strateji sərmayədir”. İndi biz bu investisiyaların nəticələrini görürük. Çoxları düşünür ki, niyə biz İrəvanın antirusiya hücumlarına indiyədək təmkinlə yanaşırıq. Çünki Ermənistanda hakimiyyətə gəlmək üçün bizə bundan da artıq antirusiya lideri lazım deyil. İndi regional 3+3 formatının inkişafı üzərində iş gedir. Onun çərçivəsində regionda iqtisadi inkişaf üçün əlverişli şərait yaratmaq mümkündür. Bunun əsasını nəqliyyat kommunikasiyalarının əngəldən çıxarılması təşkil edir. Bunları erməni tərəfinə izah etmək lazımdır. Hesab edirəm ki, çoxtərəfli ekspert platforması yaratmaq olardı: Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan. Məqsəd isə müxtəlif çağırışlara birgə cavab vermək və regionda konstruktiv qarşılıqlı fəaliyyətə can atmaqdır”, - o bildirib.axar.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar