Xəbər lenti
Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib
Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər, yeni çağırışlar, imkanlar və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Manevr.az xəbər verir ki, konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Sultanov, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, deputatar, Türkiyənin Gəncədəki baş konsulu, Belarus Dövlət İqtisad Universitetinin rektoru, Gəncə Dövlət Universitetinin rektoru və bir sıra dövlət idarələrinin əməkdaşları iştirak edib.
Tədbirə qatılan deputat Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında bildirdi ki, ilk olaraq ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin qarşısında ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzülüb, kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlanmış yeməklərdən və startaplardan ibarət sərgiyə baxış keçirilib.
"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyev haqqında qısa film izləndikdən sonra konfrans öz işinə başlayıb.
Konfransda ətraf mühitin qorunmasından, qlobal iqtisadi təhdidlərdən danışılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videomüraciəti dinlənilib", deputat vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar