Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandan Rusiyaya aparılan 40 ton kartofa "QIRMIZI İŞIQ"

Tarix: 30-05-2017 09:36     Baxış: 3316 A- / A+
Azərbaycandan Rusiyaya aparılan 40 ton kartofa "QIRMIZI İŞIQ"


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi Azərbaycandan paytaxt regionuna daxil olan kartof məhsulunda karantin obyekti aşkar edib.
Manevr.az xəbər verir ki, bu barədə İdarənin mətbuat xidmətinin məlumatında bildirilir.
"Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi tərəfindən "Fud Loqistik" MMC-nin şimal-şərq girişində yerləşən fitosanitar nəzarət postunda Azərbaycan Respublikasından iki avtonəqliyyat vasitəsində daxil olmuş 39,55 ton təzə ərzaq kartofuna baxış zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan qızılı kartof qurdları (Globodera rostochiensis (Woll.) Behrens.) aşkar edilib", - deyə məlumatda bildirilir.
Mətbuat xidmətindən verilən məlumata görə, həyat qabiliyyətli yumurta və sürfəli sistaların mövcudluğu "Ümumrusiya bitki karantini mərkəzi" FDBM-in mütəxəssislərinin apardığı laboratoriya ekspertizası tərəfindən təsdiqlənib.
"Həmin karantin məhsulları mülkiyyətçisinin qərarı ilə yoluxmuş kartof İdarə nümayəndəsinin iştirakı ilə məhv ediləcək", - deyə məlumatda qeyd olunub."Report"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar