Xəbər lenti
Vəkillər Kollegiyası: “Özünü vəkil kimi təqdim edən qadın kollegiyanın üzvü deyil”
Azərbaycan Vəkillər Kollegiyası (VK) vətəndaşlara özünü vəkil kimi təqdim edərək pul aldığı iddia edilən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.
VK-nın Mətbuat Xidmətindən bildirilib ki, barəsində şikayət olunan Səbiyyə İlham qızı Panəliyeva Kollegiyanın üzvü deyil:“Həmin şəxslə bağlı əvvəllər də Kollegiyanın Rəyasət Heyətinə daxil olmuş müraciətlər üzrə tərəfimizdən vətəndaşlara izahlar verilib, şikayətləri aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib”.
Kollegiya belə hallarda vətəndaşları diqqətli olmağa çağırıb:
“Odur ki, vətəndaşları sosial şəbəkələr vasitəsi ilə hüquq xidmətləri göstərən səhifələrə müraciət edərkən ünsiyyət zamanı diqqətli olmağa, şəxsi sirlərini yazışmalarla təqdim etməməyə, hüquqi yardım göstərəcək şəxslərin vəkil olduqlarını bizim internet saytımızda (barassociation.az) dəqiqləşdirməyə, vəkillik statusunu təsdiq edən xidməti vəsiqəni tələb etməyə və yalnız vəkil bürolarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin ofisində vəkil xidmətlərinin göstərilməsi haqqında müqavilə bağladıqdan sonra ödənişlər etməyə çağırırıq.
Bildirilib ki, vəkil adından qanunsuz istifadə hallarına mütəmadi olaraq rast gəlinir. Belə hallar vətəndaşların keyfiyyətli hüquqi yardım almasına mane olmaqla yanaşı, vəkilliyin nüfuzuna mənfi təsir göstərir. Bildirmək istərdik ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu kimi hallarla mübarizə istiqamətində bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək. Vəkil adından qanunsuz istifadə edən şəxslərlə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Qeyd etmək istərdik ki, Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmiş “Vəkillərin reyestri” bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər. Eyni zamanda vətəndaşlardan qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında “Qaynar xətt”ə (012 594 08 70) zəng edərək məlumat verilməsini xahiş edirik!” - Mətbuat Xidmətindən bildirilib.
Xatırladaq ki, mətbuatda aktyor, rejissor Elşad Rəhimzadənin dələduzluqla üzləşdiyi barədə məlumat yayılıb. O qeyd edib ki, sosial şəbəkədə özünü vəkil kimi təqdim edən Panəliyeva Səbiyyə İlham qızı etibarından sui-istifadə edədərək onu aldadıb, dələduzluq niyyəti ilə 8300 manat məbləğində pulunu ələ keçirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar