Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" konfransı keçirilib

Tarix: 13-12-2023 19:17     Baxış: 3410 A- / A+
Bu gün Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” konfransı keçirilib.  

Konfransda iştirak edən Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında bildirib ki, Konfransın keçirilməsində əsas məqsəd peşə təhsili sahəsində ölkəmizdə son illər aparılan islahatlara diqqət çəkmək, bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəfləri bir araya gətirərək faydalı müzakirələr təşkil etməkdir:
"Konfransda “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri”, “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər”, “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: sənayenin yeni bacarıq və səriştə ehtiyacları”, “Real sektorun ehtiyacları: yeni ixtisaslı kadrları necə hazırlamalı?” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulub", millət vəkili bildirib.

Qeyd edək ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, millət vəkilləri, peşə təhsili və təlimi sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

Manevr.az











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar