Xəbər lenti
Milyonların qəlbində daim yaşayan dahi -ŞƏKİLLƏR
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Heydər Əliyev.
Bu sözlər dahi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqını öz canı qədər sevdiyini sübut edən yüzlərlə kəlamlarından biridir.
Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının rifahının yüksəldilməsinə həsr etmişdir. Ötən əsrin sonlarında xalqımızın başına gətirilən faciələrə biganə qala bilməyən H.Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra ilk növbədə cəbhədəki uğursuzluqların qarşısı qətiyyətlə alındı və Füzuli istiqamətində gedən döyüşlərdə Horadiz qəsəbəsi düşməndən tamamilə azad edildi.
Düşmən Azərbaycan ordusunun uğurlu əməliyyatından təşvişə düşərək 1994-cü ilin mayında atəşkəs müqaviləsi bağlamağa məcbur oldu. Atəşkəs dövründən səmərəli istifadə edən dahi şəxsiyyət Heydər Əliyev ölkəmizdə sabitliyin bərqərar olmasını beynəlxalq aləmdə sübut etdi. Beləliklə, 1994-cü il sentyabrın 20-də Əsrin Müqaviləsi imzalandı.
Bunun nəticəsində Azərbaycan özünün sürətli inkişaf dövrünə qədəm qoydu və nəhayət,otuz illik işğaldan sonra Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan qırx dörd günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımız düşmənlərdən tamamilə azad edildi. Artıq uzun illərdən bəri ilk dəfədir ki, ölkəmizin vətəndaşları Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini sərhədlərimizin bütövlüyü şəraitində yad edirlər.
Torpaqlarımızın bütövlüyü şəraitində Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edən kollektivlərdən biri də otuz il ərzində
Bərdə rayonunun Zümürxan kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektividir. Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra məktəbin direktoru Qabil Həsənəliyev dahi rəhbərin həyat yolu barədə geniş məlumat verdi.
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə məktəblilər arasında keçirilən müsabiqənin qalibləri olan şagirdlərdən Aysu Qədimovaya, Samirə Talıblıya, Gülcan Qasımovaya və başqalarına fəxri-fərmanlar təqdim edildi. Rəsmi hissə başa çatdıqdan sonra məktəbin həyətində təmizlik işləri aparıldı və ağaclar əkildi. Tədbirin sonunda məktəbin şagird və müəllim kollektivi Ümummilli Liderimiz Heydər Əliyevin Bərdə şəhərindəki heykəlini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Oqtay Salahlı.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar