Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ulu öndərin siyasəti tarixi Zəfərimizin təməlidir” – Deputat Aqil Məmmədov

Tarix: 12-12-2023 19:39     Baxış: 4320 A- / A+



“Ümummilli Lider Heydər Əliyevin xatirəsi, onu bizdən ayıran illər artdıqca, Azərbaycan xalqının düşüncəsində, ürəyində daha da əziz və əbədi yer qazanır. Müasir Azərbaycan tarixinin bir neçə nəsli Heydər Əliyevlə eyni dövrdə yaşayaraq onun xalqımız və ölkəmiz qarşısındakı xidmətlərinə birbaşa şahid olublar”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a Heydər Əliyevin anım günü ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, müasir, müstəqli Azərbaycanın təməlləri Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövrdən qoyulurdu: “Bu təməllər özünü iki istiqamətdə göstərirdi. Birincisi, SSRİ-nin geridə qalmış respublikalarından olan Azərbaycanın real potensialını üzə çıxarmaq, onun iqtisadi potensialını təbii sərvətlərini düzgün şəkildə istifadə etmək, ölkənin inkişafına yönəltmək idi. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin o dövrdə Azərbaycana rəhbərliyi iqtisadiyyatın bütün sahələrində, o cümlədən, kənd təsərrüfatında, sənayedə ölkə böyük göstəricilər əldə etmişdi. Bu inkişaf tempi bütövlükdə cəmiyyət həyatına, onun elmi, mədəni inkişafına da xidmət edirdi”.
H.Əliyevin sovet dövründə Azərbaycan xalqı qarşısında digər mühüm xidmətlərinin mədəniyyət sahəsində olduğunu qeyd edən A.Məmmədovun sözlərinə görə Ulu Öndər böyük bir mərhələdə mədəniyyətin bütün sahələrinin inkişlafına təkan verib: “Həmin ədəbiyyat, musiqi, teatr, kino sahəsində böyük canlanma vardı. Dövlətin qayğısını hiss edən sənət adamları, yaradıcı insanlar həvəslə öz sahələrində əsərlər yaratmağa başlamışdılar. Bu stimulu gücləndirən amillərdən biri Heydər Əliyevin həmin əsərlərlə birbaşa özünü tanış olması idi. Ulu Öndər teatrlara, tamaşalara, rəsm sərgilərinə gedirdi, hər əsər haqqında fikirlərini bölüşürdü. Bu diqqət, qayğı, həmçinin, millii yazıçılarımızın, şairlərimizin sovet dövründə dövrün repressiv aparatından qorunması Azərbaycan xalqınınn milli azadlıq düşüncələrinə xidmət edirdi. Həmin dövrdə ilk dəfə Azərbaycan dilinin Konstitusiya ilə rəsmi dövlət dili kimi qəbul edilməsi tarixi hadisə idi.
A.Məmmədov H.Əliyevin 1993-cü ildən yenidən hakimiyyətə qayıtmasının Azərbaycan xalqı üçün bir şans olduğuun vurğulayır: “Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin astanasında qayıdıldı, torpaqlarımızın işğalının davam etməsi dayandırıldı, xalqımızın və dövlətimizin toparlanması istiqamətində addımlar atıldı. “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan tərəqqi yolu sonrakı illərdə özünü hər sahədə göstərməyə başladı”.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması haqda danışan millət vəkili, bu tarixi Zəfərin də təməlində Ulu Öndərin siyasəti dayandığını qeyd edr: “İstər ordu quruculuğu, ölkənin hərtərəfli inkişaf etdirilməsi, daxili və xarici siyasət, qardaş Türkiyə ilə müttəfiqlik münasibətlərinin formalaşdırılması, xalqımızın məğlubiyyət sindromundan qurtularaq torpaqlarımızı azad etməyə köklənməsi, bütün bunlar Heydər Əliyevin illərlə üzərində çalışdığı, bunları nəticəyə çevirmək istədiyi işlər idi. O, torpaqlarımızın azadlığını görməsə də, əminliklə deyə bilərik ki, bu gün Ulu Öndərin ruhu şaddır və azad Qarabağın üzərində dolaşır. Qədirbilən Azərbaycan xalqı Onun bu tarixi missiyasını daim sevgi və rəhmətlə xatırlayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar