Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Slovakiya şirkətləri də Qarabağa gəlir?

Tarix: 11-12-2023 21:30     Baxış: 3270 A- / A+


   
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak məqsədilə Belçika Krallığına işgüzar səfəri çərçivəsində Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı nazir Ceyhun Bayramov Slovakiya nazirinə təyinatla əlaqədar öz təbriklərini çatdırıb və fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan və Slovakiya arasında iqtisadiyyat-ticarət, enerji təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik elementləri müzakirə olunub.
Slovakiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib.
İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə olduğu diqqətə çatdırılaraq, mina problemi ilə mübarizədə Azərbaycan-Slovakiya əməkdaşlığı məmnunluqla qeyd olunub.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Ermənistan ilə normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar