Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əsir hərbçilər nə zaman Azərbaycana veriləcək?

Tarix: 11-12-2023 15:29     Baxış: 3173 A- / A+
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı 7 dekabr tarixində birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.
Bəs hərbçilər nə zaman dəyişdiriləcək?
Manevr.az xəbər verir ki, hazırda Ermənistanda əsir saxlanılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Modern.az-a deyib ki, onlara övladlarının nə zaman Azərbaycanda olacağı barədə rəsmi məlumat verilməyib:
“Övladlarımızın azadlığa buraxılması xəbərini eşitdiyimizin səhəri günü “Qırmızı Xaç”dan bizə zəng edib gözaydınlığı verdilər. Lakin bizə oğlanlarımızın nə zaman gələcəyi, hazırda harada olduğu ilə bağlı məlumat verilməyib. Sıradan insanlar, bəzi hərbçilər, jurnalistlər hərə bir söz deyir. Kimə inanacağımızı bilmirik. Biz də istəyirik ki, övladlarımız tezliklə vətəndə olsun. Düzdür, şad xəbəri eşitmişik, sevincimizin həddi-hüdudur yoxdur. Allah Prezidentimizdən razı olsun! Onu Azərbaycan xalqına çox görməsin. Lakin ana kimi səhərə qədər bilmirik nə düşünək. Yəqin ki, sənəd məsələləri var. Deyirlər ki, sənədlər hələ yazılır. Təhvil -təslim yoxdur”.
D.Bəbirova Yeni ilə qədər həsrətə tam son qoyulacağına inandığını vurğulayıb:
“İnşallah, Yeni ilə kimə bu həsrətə son qoyular. İnanırıq ki, azad ediləndən sonra müalicəyə cəlb olunsalar da ailələri ilə görüşdürəcəklər. Biz övladlarımızın əsirikdən qayıdandan sonra yaşadıqları psixoloji durumlarına və sağlamlığına görə dövlətimizin nəzarətində olmasını istəyirik”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar