Xəbər lenti
“Növbədənkənar Prezident seçkisi yeni reallığımızın tələbiddir” – Deputat Aqil Məmmədov
“44 günlük Vətən Müharibəsi və bu il keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması və suverenliyimizin tam bərpası Azərbaycan üçün yeni bir mərhələnin başlanğıcıdır. Elan olunan növbədənkənar Prezident seçkisi də bu baxımdan yeni reallığımızın, yeni Azərbaycanın tələbidir. Bu seçki ilk dəfə olaraq Azərbaycan Respublikasının bütün ərazisini əhatə edəcək. Demək ki, tarixi bir seçki olacaq”.
Manevr.az xəbər verir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin Kəlbəcər rayonundan deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkilinin sözlərinə görə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri həm də, Zəfər seçkisidir: “Prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə dövlət başçısı seçilən zaman andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına dair xalqa vəd, söz vermişdi. Bu vəd İlham Əliyevin prezidentliyinin 17-ci ilində yerinə yetirildi. Prezidentliyin 20-ci ilində isə Azərbaycan dünya tərəfindən tanınan sərhədləri içərisində tam suverenliyini təmin etdi. Xalqımız Xankəndi və digər doğma yurd yerlərimizə qovuşdu. Qarabağın hər yerində bu gün üçrəngli bayrağımız dalğalanır. Bu mənada, düşünürəm ki, indi təkcə namizəd olacaq şəxslər deyil, seçicilər də seçki məntəqələrinə gedərək öz səslərini qalib Prezidentə vermək üçün seçki gününü səbirsizliklə gözləyirlər. Bu Azərbaycan xalqının mütləq əksəriyyətinin cənab Prezidentə olan vəfa borcudur. Bu dəstək Azərbaycan Prezidentinin daxili və xarici siyasətinə verilir”.
A.Məmmədov bildirib ki, xüsusilə, keçmiş məcburi köçkünlər arasında növbədənkənar seçkilərlə bağlı aktiv müzakirələr mövcuddur: “Keçmiş məcburi köçkünlər bu prosesə həvəslə hazırlaşırlar. Bunu seçicilərlə keçirdiyimiz görüşlərdə də şahid oluruq. Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma, bərpa, quruculuq işləri həyata keçirilr. Demək olar ki bütün şəhərlərimiz eyni vaxtda inşa olunur. Artıq, Kəlbəcər şəhərində yaşayış binaları, ictimai obyektlər sürətlə tikilir. Antiterror əməliyyatı nəticəsində Ağdərənin azad olunması, Ağdərə yolunun açılması Kəlbəcərdə infrastruktur layihələrinin sürətlənməsinə töhvə verir. 30 il əvvəl öz doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimiz bu gün Böyük Qayıdış prosesini yaşayırlar. Artıq, ilk köçlər həyata keçirilib. Laçında, Füzulidə 30 ildən sonra seçki məntəqələri qurulacaq”.
Millət vəkili qeyd edib ki, növbədənkənar seçkilərin keçrilməsində qeyri-adi heç nə yoxdur: “Bu Azərbaycan Respublikasının Seçki Məcəlləsinə tam uyğundur, ölkədə dəfələrlə tətbiq olunub, eyni zamanda, dünyada geniş tətbiq olunur. Ona görə, bəzi qüvvələrin bu mövzunu qərəzli şəkildə başqa səmtlərə yönləndirməsi tamamilə əsassızdır. Qarşıdakı növbədənkənar Prezident seçkisi Azərbaycan xalqının iradəsini ifadə edəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar