Xəbər lenti
Zəfər Paradı: Qalibiyyətin və qürurun təntənəsi

30 illik işğala, erməni təcavüzünə son qoyan Vətən müharibəsi Azərbaycan xalqının tarixində mühüm yer tutur. Bu mənada 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərdən sonra qalib Azərbaycan Ordusunun paradının keçirilməsi qürurverici hadisə idi. 2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradının keçirilməsi tariximizin ən parlaq səhifəsinin tərənnümü kimi yaddaşlara həkk olundu.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan xalqı uzun on illiklər məhz Zəfər paradını, Ordumuzun Qələbə yürüşünü, torpaqlarımızı azad etmiş şanlı ordunun keçidini gözləyib: “Bu baxımdan da Zəfər paradı xalqımızın qələbə əzminin ifadəsi oldu. 30 illik Ermənistanın işğal siyasətinin başa çatdığını, düşmənin döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atdığını təsdiqləyən növbəti amil məhz Zəfər paradı oldu. Ona görə də, Zəfər Paradı xalqımızın yaddaşında ən mühüm hadisə kimi qalacaq. Hər zaman olduğu kimi Vətən Müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan edən qardaş Türkiyə Prezidentinin Zəfər Paradını Müzəffər Ali Baş Komandanımızla birlikdə qəbul etməsi dünyaya verilən birlik mesajı idi. Bu mənada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradını qəbul etməsi, verilən mesajlar olduqca böyük tarixi əhəmiyyətə malikdir”.

Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin nümayişi, Ermənistan Ordusuna məxsus iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiya növbəti qürurverici hadisə idi: “Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izləyib. 44 günlük müharibənin hər günü yaddaşımıza qələbələrlə həkk olundu. Hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad olunurdu. Bununla da qəhrəmanlarımız tərəfindən uzun illər uydurulan erməni “miflər”i darmadağın edilirdi. Ermənistan ordusu cəmi 44 gün ərzində hərbi texnikası və canlı qüvvəsi ilə birlikdə məhv olundu. Azərbaycan öz gücünü, qüdrətini döyüş meydanında bir daha sübut etdi. Ordumuz Ermənistanın silahlı qüvvələrini məhv etməklə yanaşı erməni “mifini” də darmadağın etdi. Bu tarixi zəfərin əldə edilməsində böyük sücaət və qəhrəmanlıq göstərmiş oğullarımızın şərəfinə ali dəyərin təzahürü olaraq orden və medallar təsis edilib. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub ki, bu da igidlərimizin qəhrəmanlığına göstərilən ən yüksək ali qiymətin təzahürüdür”.
Aqil Məmmədov söyləyib ki, igidlərimizin misilsiz qəhrəmanlığı və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb: “Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı də məhz cənab Prezident, Müzəffər Ali Baş Komandan oldu. Sözsüz ki. bütün bunlar əldə edilən tarixi Zəfərin tərənnümü kimi qiymətləndirilir”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar