Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Seçkiyə niyə gedirik?" - Vaqif Abdullayev

Tarix: 08-12-2023 14:44     Baxış: 3211 A- / A+
Vaqif Abdullayev

Prezident İlham Əliyevin dekabrın 7-də imzladığı sərəncama əsasən 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar Prezident seçkisinin keçirilməsi nəzərdə tutulub. Əslində 2025-ci ildə keçirilməsi planlaşdırılan seçkilərin bir il irəli çəkilməsi cəmiyyətdə və ictimai-siyasi sektorda sualdoğurucu fikir formalaşdırıb. İnsanlarda belə bir fikir yaranır ki, seçkilər niyə vaxtından əvvəl keçirilir. 

Biz nəyə görə, yeni seçkilərə gedirik?

• Azərbaycanın dövlət siyasətində və Prezidentlərin seçki proqramlarında hər zaman ümummilli məsələlər, dövlətimizin milli maraq və mənafeyinin qorunması, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması başlıca xətt kimi ilk yerdə dayanıb. Ulu öndər Heydər Əliyev və Cənab İlham Əliyev Prezident seçilərkən ilk vəzifəsinin dövlətimizin və xalqımızın bir nömrəli müqəddəs arzusu olan torpaqlarımızın erməni tapdağından azad edilməsinə həsr edəcəyini bildirir, bu ali məqsəd onların Seçki Platformasında ən mühüm yer tuturdu,  fəaliyyətlərini bu istiqamətə səfərbər edirdliər. 

• Prezident İlham Əliyev ötən 20 il ərzində bütün gününü, saatını məhz peşəkar ordu quruculuğuna yönəltdərək Qarabağı Ermənistanın işğalından azad etməyə nail oldu.  Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini bərpa etdi. Azərbaycan xalqının qürunu bərpa etdi, başını ucaltdı.

• Zəfər missiyasını başa vurduqdan sonra Cənab Prezident bölgədə yeni reallıqlar formalaşdırdı. 3 ildir ki, bölgədə ardıcıl olaraq həyata keçirilən məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin siyasi və hərbi-müdafiə qüdrətinin daha da güclənməsinə, regionun geosiyasi ladşaftının dəyişməsinəmə səbəb olmaqdadır. Adını dünya siyasətinə sülh və sabitlik Prezidenti kimi yazdırmış Cənab İlham Əliyev hər zaman olduğu kimi humanizm prinsipinə sadiqlik və xoş niyyət göstərərək Ermənistanla qarşılıqlı etimad mühiti yaratmağa çalışır. Ötən kimi erməni əsilli 32 şəxsin azad edilərək ölkəsinə təhvil verilməsi də bu etimad quruculuğunun bariz nümunəsidir. 

• Beləliklə, bölgədə və regionda baş verən geopolitik proseslər, sülh prosesi istiqamətində davamlı təşəbbüslər və sülh dialoqu yolunda Azərbaycan və Ermənistanın irəliyə doğru atdığı müsbət addımlar sülhün əldə olunması üçün tarixi fürsət yaradır. Bütün bu proseslər bir sıra çağırışları da aktuallaşdırır. Ona görə də baş verən bu, mühüm geopolitik proseslər, yeni situasiyalar seçki reallığını da meydana çıxarıb. 

• Həmçinin, vahid və suveren Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında, kəndlərində bərabər siyasi mühitin və idarəetmənin təmin edilməsi, dövlət aparatının bərqərar olması da yeni dövlətçilik baxışlarını şərtləndirir. 

• Bu vacib tələbatlara əsasın, ilk dəfə olaraq suveren Azərbaycan dövlətinin bütün ərazilərində - 86,6 min kv.km-lik coğrafi-inzibati torpaqlarında Prezident seçkiləri keçiriləcək. Şuşada, Laçında, Zəngilanda, Füzilidə , Xankəndidə və digər azad edilmiş torpaqlarımızda seçki məntəqələri qurulacaq, seçicilər növbəti dəfə Prezidentini seçəcəklər. 

• Sözsüz ki, Xankəndi şəhərində də seçki məntəqləri yaradılacaq və bu ərazilərdə yaşayan Azərbaycan vətəndaşı olan ermənilər də seşkidə iştirak edəcəklər. Bununu özü böyük tarixi hadisə sayıla bilər. 

• Onu da nəzərə almaq lazımdır ki, növbədənkənar Prezident seçkiləri ölkəmizdə yeni islahatların aparılması üçün də yeni bir başlanğıcı olacaq.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar