Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkə gəncləri arasında “100 könüllü əməl” adlı kampaniya keçirilir

Tarix: 07-12-2023 15:58     Baxış: 3142 A- / A+


 Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində gənclərin nəcib könüllü əməllərinə daha çevik dəstək vermək və yönləndirmək məqsədi ilə 100emel.konullu.az internet saytı yaradılaraq istifadəyə verilib. Sayt 5-19 dekabr tarixləri aralığında ölkə üzrə həyata keçirilən “100 Könüllü Əməl!” adlı kampaniyanın həyata keçirilməsinə dəstək göstərəcəkdir. Belə ki, kampaniyada iştirak etmək istəyən gənclər 100emel.konullu.az saytına daxil olub, “Əməl seç” düyməsini klikləyərək qarşısına çıxan hər hansı bir əməli həyata keçirməli və  #100emel həştəqi ilə sosial mediada paylaşım etməlidir. Bu paylaşımla digər gəncləri də xeyirxah əməllərə çağırış edən gənclər kampaniyanın fəal iştirakçısı olacaqdır. Ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülük hərəkatı bu gün daha geniş imkanlara sahibdir və “Azərbaycan Könüllülük Həftəsi 2023”ün də əsas məqsədlərindən biri bu imkanları ölkə gənclərinin diqqətinə çatdırmaqdan ibarətdir. Qeyd edək ki,  “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar