Xəbər lenti
Təranə Dəmir AYB-də "Cəhənnəmdən gələn işıq" və "25-ci saat”ını təqdim etdi -ŞƏKİLLƏR

Manevr.az xəbər verir ki, təqdimat mərasimində şairin qələm dostları, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak edib.
Tədbirin aparıcısı şair İbrahim İlyaslı müəllifin həyat və yaradıcılığından geniş bəhs edib, şeirlərindən nümunələr söyləyib.
Şair, yazıçı və jurnalistlərdən Qəşəm Nəcəfzadə, Qulu Ağsəs, Əlisəmid Kür, Zərəngiz Dəmirçioğlu, Namiq Dəlidağlı, Fəxrəddin Teyyub, Xəqani Abbasəli Öztürk, Əli bəy Azəri, Taleh Mansur, Nəzirməmməd Zöhrablı, Ülviyyə Əbülfəzqızı, Xatirə Səfər, Dilşad Mirzəyeva, Arzu Bayramlı, Vaqif Nəcəf, Elçin Nəsib və başqaları Təranə Dəmirin yaradıcılığında bəzi məqamlarına toxunub, ona uğurlar arzulayıb, yeni kitablarının işıq üzü görməsi münasibətilə təbrik ediblər. Məktəbli bədii qiraətçi Əli Aslanlı şairin şeirlərindən nümunələr səsləndirib.
Sonda Təranə Dəmir yeni şeirlərini oxuyub, oxucular üçün kitablarını imzalayıb, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Nigar N
Manevr.az













Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar