Xəbər lenti
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir -ŞƏKİLLƏR

Azərbaycan Könüllü Təşkilatları İttifaqından Manevr.az verilən xəbərə görə, “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində “Vətənpərvərlik” istiqaməti üzrə sonuncu “Zəfərin İZi ilə” layihəsi həyata keçirilib. Könüllülərimiz Zəngilan rayonunun Ağalı, Cəbrayıl rayonunun isə Cocuq Mərcanlı kəndini ziyarət edərək, məktəb şagirdləri üçün könüllülük haqqında məlumatlandırma sessiyaları təşkil ediblər. Ümumilikdə 40 nəfərdən ibarət könüllünün iştirakı ilə 14-17 yaş arası şagirdlərə könüllü fəaliyyətinin əsasları, fərqli istiqamətlərdə könüllülük, könüllülüyün ölkəmizdəki inkişafı, könüllü təşkilatları və onların fəaliyyət dairəsi ilə əlaqədar məlumatlar verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Könüllülük fəaliyyətindən danışılarkən Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərin, könüllülərin Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərdə böyük pay sahibi olduqları xüsusi olaraq vurğulanıb. İnfosessiyadan dərhal sonra könüllülərimiz “Nə? Harada? Necə?” formatında intellektual oyun oynayıblar. İrəliləyən dəqiqələrdə gənclərimiz müxtəlif könüllü fəaliyyətlərə cəlb olunaraq ərazidə yaşayan sakinlərə gündəlik həyat fəaliyyətlərində müxtəlif yardım və dəstək göstəriblər. “Azərbaycan Könüllülük Həftəsi 2023” başladıqdan bu günədək “Könüllü Ol” layihəsi üzrə artıq 3 universitetdə görüş keçirilib. Görüş çərçivəsində universitetin müxtəlif kurslarında təhsil alan tələbələrə könüllü fəaliyyətləri ilə bağlı ətraflı məlumat verilib. Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət"in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar