Xəbər lenti
Ermənistanın bu qərarı beynəlxalq hüquqa ZİDDİR

Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan tərəfindən hərbi qulluqçumuza verilmiş qanunsuz cəzanın daha da sərtləşdirilməsinə münasibətində deyib.
“Tərəfimizdən bu məsələ ilə əlaqədar dəfələrlə müraciətlər olunsa da, Ermənistan hələ də beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda, Ermənistanın bu təxribatyönümlü addımı iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində görülən işlərə də ciddi maneə yaradır.
Bir daha bildirirəm ki, Ermənistan tərəfi qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovu, həmçinin hərbçimiz Aqşin Bəbirovu dərhal azad etməli, onların ölkəmizə geri qaytarılması üçün zəruri addımlar atmalıdır. Yekunda qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha aidiyyəti beynəlxalq təşkilatlar, xarici ombudsman və milli insan hüquqları institutlarından Azərbaycan Ordusunun hərbi qulluqçularının azad edilməsi istiqamətində təsirli tədbirlərin görülməsini tələb edir, eləcə də onları Fransanın insan hüquq və azadlıqlarına qarşı sərgilədiyi hörmətsiz rəftarına münasibət bildirməyə çağırıram”, - Ombudsman bildirib. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar