Xəbər lenti
Türk jurnalist İrəvanda:"Bu fürsəti qaçırmayın"
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin TGRT telekanalının xarici xəbərlər departamentinin direktoru Əmrə Dinər İrəvanda keçirilən “Yeni regional reallıqlar və Sülh qovşağı” konfransında deyib.
Onun sözlərinə görə, bu, həm Avropadan Çinə olan yolu qısaldacaq, həm də regionda sülhə töhfə verəcək:
“Bugünkü reallıq həmin dəhlizin yaradılmasına imkan yaradır. Ermənistanın həmin dəhlizdə iştirakı ticarətin inkişafı, enerji və kommunikasiyaların şaxələndirilməsi üçün yeni imkanlar yaradacaq, həmçinin regionda rolunu gücləndirəcək. Bu, bölgə ölkələrinin qarşılıqlı əməkdaşlığını artıracaq. Avropadan Çinə ən qısa yolun işə salınması ermənilərin problemlərini həll edəcək. Bu, praqmatik dialoqa çağırışdır.
Ticarət yolu qarşılıqlı razılaşmanı nəzərdə tutur, region ölkələri arasında münasibətləri yaxşılaşdıracaq. Bu fürsət qaçırılmamalıdır”.
Əmrə Dinər qeyd edib ki, Türkiyə regionda uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verir.
Jurnalist vurğulayıb ki, xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması regionda sülhün bərqərar olması üçün həyati əhəmiyyət kəsb edir.
“Koronavirusdan sonra dünyanın müxtəlif yerlərində tarazlıq pozulub. Söhbət Rusiya ilə Ukrayna arasında, eləcə də Qəzzadakı müharibədən gedir. Bu münaqişələr dünyanı dəyişir. Münaqişələrin həlli ilə bağlı ortaq mövqelərin olması vacibdir. Onların həlli yeganə yoldur”, - Dinər söyləyib.
Əmrə Dinər tarixin pis səhifələrinin bağlanmasının vacibliyini qeyd edib:
“Ermənistan və Türkiyə qarşılıqlı səfir təyinatı edə bilər. Bu, iki ölkə arasında əlaqələrin inkişafı üçün vacibdir. Üstəlik, vasitəçilərə ehtiyac yoxdur. Dialoqu özümüz təşkil etməliyik. Bəzi ölkələr kömək edir, amma buna ehtiyac yoxdur”.
Onun qənaətinə görə, erməni və türk xalqları iki ölkə arasında münasibətlərin tənzimləndiyini görmək istəyir:
“Ermənistan gözəl ölkədir. Mən Ermənistanla sülh şəraitində yaşamaq istərdim. Əminəm ki, biz ermənilərlə sülh şəraitində yaşamalıyıq.
Prezident Ərdoğanın dediyi kimi, Cənubi Qafqazda sülh vacibdir və buna nail olmaq çətin deyil. Ermənilər və türklər tarixən bir-biri ilə yaxındır. İstanbulda, Muşda, Malatyada çoxlu erməni yaşayır. Mən İstanbulda yaşayıram, qonşum ermənidir. Bir-birimizə hörmət etməliyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar