Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ın Bakıya qarşı “əsəbinin” səbəbi – Korotçenko

Tarix: 05-12-2023 14:31     Baxış: 3157 A- / A+


   
Ermənistana qarşı təhlükələrdən qaçmaq üçün İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Eyni zamanda, dövlət sərhədinin delimitasiyası və demarkasiyasını həyata keçirməlidir.
Manevr.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko deyib.
“Amma Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. İrəvan Fransanın qucağında oturaraq, mümkünsə, Almaniyanı da cəlb edib, ABŞ-a arxalanaraq, prosesi yenidən yubatmağa çalışır. Ermənistan və Azərbaycan vasitəçi olmadan razılaşıb sülh müqaviləsi imzalaya bilər. Azərbaycan öz sülh müqaviləsi layihəsini dəfələrlə formalaşdırıb. Hələlik biz Ermənistandan ancaq siyasi demaqogiya görürük. Yeri gəlmişkən, ABŞ-ın mövqeyi, təəssüf ki, Cənubi Qafqazda sülh üçün dağıdıcıdır. Bunu Bakı ilə İrəvan arasında baş verən son münaqişə də göstərir”, - o bildirib.
Korotçenkonun sözlərinə görə, ABŞ Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istərdi:
“Ona (Bakı - red) necə təzyiq edə bilərik, onu Vaşinqtonun bəzi tövsiyələrinə əməl etməyə necə məcbur edə bilərik? Heç bir şəkildə. Və bu, Vaşinqtonun xoşuna gəlmir. Ona görə də Amerikanın erməni xəritəsindən, Qarabağ ermənilərinin xəritəsindən istifadə etmək cəhdləri var. Eyni zamanda, başa düşmək lazımdır ki, bu, hələ hamısı deyil. Qərb Ermənistanı dəstəkləməyə köklənib. Serbiyanın xüsusi mövqeyini, Macarıstanın, İtaliyanın, Bolqarıstanın, Cənub Qaz Dəhlizi ilə Azərbaycandan qaz alanların hamısının xüsusi mövqeyini bilirik.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar