Xəbər lenti
Bu, “15 günə sülh” deyil, İrəvanın tələb və şərtidir

Bu fikirləri politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, Ermənistan parlamentinin spikeri Alen Simonyanın “15 günə sülh əldə oluna bilər“ fikri yalnız o halda reallaşa bilər ki, Ermənistan qeyri-konstriktiv mövqedən əl çəksin:
“Simonyanın sülhlə bağlı açıqlamasında belə siyasi tələb elementi sezilir və ona eyham vurur ki, əgər Azərbaycan şərtləri qəbul etsə və yaxud Ermənistanın gündəliyi ilə razılaşsa, sülh müqaviləsini imzalamaq mümkün olacaq. Bütün bunlar göstərir ki, Ermənistan rəhbərliyi Azərbaycanı günahlandırmaqla sülh prosesinə heç də açıq, səmimi və şəffaf münasibət sərgiləmir”.
Politoloq sülh muqaviləsinin imzalanması istiqamətində böyük geosiyası mərkəzlərin mübarizə apardığını vurğulayıb:
“Moskva, Brüssel və Vaşinqton arasında geosiyasi savaş gedir. Hər kəs istəyir ki, sülh müqaviləsi onun “meydanında” imzalansın. Qərb Vaşinqton, Brüssel formatını, Rusiya isə Moskva-Soçi formatını təklif edir. Ən uyğun, əlbəttə ki, regional platformalar və yaxud birbaşa, vasitəçisiz dialoqdur. Təəssüf ki, Ermənistan birbaşa və regional dialoqlardan da yayınır”. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar