Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

İcma inkişafı məsələləri üzrə təlim keçirilib -ŞƏKİLLƏR

Tarix: 30-11-2023 14:08     Baxış: 4411 A- / A+
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları İcma inkişafı məsələləri üzrə təlimdə iştirak ediblər. 

Manevr.az-a verilən məlumata görə, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) dəstəyi əsasında, Beynəlxalq Əməkdaşlıq üzrə Alman Agentliyi (GİZ) ilə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsi çərçivəsində təşkil olunub. Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsində davamlı icmaların qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında da icmaların inkişafı ilə bağlı məsələlərə yer ayrılıb. Proqramın Tədbirlər planında Dövlət Komitəsi reinteqrasiya və icma əsaslı inkişaf layihəsinin həyata keçirilməsinin əsas icraçısı kimi müəyyən edilib. İcma səfərbərliyi, onların potensialının arıtılması ilə bağlı mühüm tədbirlər icra edilir. “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının (EPİC) eksperti Nicat Qarayev komitə əməkdaşlarına icma quruculuğu və inkişafı haqqında ətraflı məlumat verib. Layihə 2018-ci ildən etibarən sosial komponent çərçivəsində Mingəçevir şəhərində və Bərdə rayonunda məcburi köçkünlər üçün icma inkişafı üzrə fəaliyyətlər həyata keçirir. Təlimdə icma inkişafı məsələlərinə ötən illər ərzində layihənin icrası zamanı qazanılan təcrübə əsasında yanaşma təqdim edilib. Təlimdə iştirakçıların sualları cavablandırılıb.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar