Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident DTX-nin yeni inzibati binalarının açılışında - Video

Tarix: 29-11-2023 14:12     Baxış: 3302 A- / A+


Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.
Manevr.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.
Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olunub.
Bildirildi ki, binanın giriş hissəsində Ümummilli Lider, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin barelyefi qoyulub, Ulu Öndərin arxiv sənədlərinin nümayiş olunduğu guşə və dahi şəxsiyyətin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılıb.
Sonra dövlətimizin başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb.
Qeyd edildi ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün ikimərtəbəli yeməkxanadan ibarətdir.
Dövlətimizin başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub.

Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də baxış keçirib.
Həmçinin Azərbaycan Prezidentinə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib.
Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz edilmiş mərkəzlə də yaxından tanış olub.
Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar