Xəbər lenti
Heydər Əliyev və İnsan hüquqları
Demokratik cəmiyyət və ya hüquqi dövlət dedikdə ilk öncə yada insan hüquq və azadlıqlarının müdafiəsi düşür. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, qorunması, müstəqil dövlətimizin qurucusu, Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl işlər görülməyə başladı. Əgər bu gün Azərbaycan dünyada müstəqil və demokratik dövlət kimi tanınırsa bunun səbəbkarı Heydər Əliyevdir. Heydər Əliyevin ən böyük əməyi məhz ilk konstitusiyanın hazırlanması və qəbuludur. 1995-ci il noyabrın 12-də xalq ümummilli liderin bu təşəbbüsünü dəstəklədi. Konstitusiyamızda vətəndaşların əsas hüquq və azadlıqlarına həsr olunuş bölmə başlıca yer tutur. Dövlətimizin inkişafının müasir səviyyəsi nəzərə alınmaqla qadınlarla, kişilərin hüquq bərabərliyi təmin olundu. Konstitusiyada həmçinin bərabərlik prinsipi, yaşamaq hüququ, azadlıq hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, sağlamlığın qorunması hüququ da göstərilmişdir. Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində məhkəmə hakimiyyətinin artırmışdı.
Ulu öndərimizin insan hüquq və azadlıqlarının təyini və müdafiəsi istiqamətində gördüyü ən vacib işlərdən biri də insan hüquqları üzrə müvəkkil haqqında qanunun qəbul edilməsi olmuşdur. İnsan hüquq və azadlıqları, demokratik cəmiyyətdən söz düşən də diqqət yetirilən məsələlərdən biri də söz və mətbuat azadlığıdır. Heydər Əliyev vətəndaşların azad şəkildə özünü ifadə etmələrinə şərait yaratmış, bunun yalnız inkişafa, tərəqqiyə xidmət etdiyini söyləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinə ixtisas və orta məktəbləri üçün insan hüquq və azadlıqlarına dair dərsliklərin hazırlanmasını, olimpiadaların, müsabiqələrin, festivalların və digər tədbirlərin keçirilməsini təmin etmək tapşırılmışdır. Bu gün biz Ulu öndərimizin bizə miras qoyduğu demokratik, hüquqi bir dövlətdə yaşayırıq.Biz də bir vətəndaş kimi Azərbaycan dövlətinin daha da güclənməsi üçün əlimizdən gələni əsirgəməməli, daim ali baş komandamız İlham Əliyevin yanında olmalıyıq.
Limunə Elşən qızi Abışova,
N.A.Nekrasov adına 19 nömrəli tam orta məktəbin 9a sinif şagirdi
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar