Xəbər lenti
Sumqayıtda əmək yarmarkası keçirilib -ŞƏKİLLƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası təşkil olunub.
Sumqayıtda keçirilən tədbirdə Milli Məclisin deputatı Müşfiq Məmmədli, filialın müdiri Əbdül Bayramov və digər rəsmi şəxslər iştirak edib.
Deputat Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında bildirdi ki, ümumilikdə yarmarkada 21 işəgötürən şirkət vakant yer təqdim etmişdi. Müxtəlif peşə və vəzifələrlə bağlı vakansiyanın təqdim olunduğu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə iş yerlərinə dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb:
"Həmçinin yarmarkaya qatılan şəxslər Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumatlandırılıb. Cənab Prezident İlham Əliyev tərəfindən aparılan sosial siyasətin prioritetlərindən biri də əmək bazarının düzgün tənzimlənməsi, vətəndaşların işlə təmin olunması istiqamətində atılan addımlardır. Bu baxımdan əmək yarmarkalarının mütəmadi şəkildə keçirilməsi təqdirəlayiq haldır", M.Məmmədli vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar