Xəbər lenti
YAP Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib - Şəkillər

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş “Heydər Əliyev Məktəbi”nin növbəti-dördüncü məşğələsi keçirilib.
Təşkilatdan Manevr.az-ıa verilən xəbərə görə, məktəbin növbəti məşğələsində YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı, Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü Müşfiq Məmmədli, şəhərin fəal gəncləri arasından seçilmiş dinləyiciləri iştirak ediblər.
İlk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib..
Əvvəlcə Ramiz Hüseynov çıxış edərək qeyd edib ki, müasir Azərbaycan səhiyyəsinin inkişafında Ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdən biridir.

Məruzəsinin sonunda Müşfiq Məmmədli qeyd edib ki, xalqımız əmindir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə аpаrаcaqdır. Azərbaycan xalqının Ümummilli lideri, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir və оnun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Manevr.az







Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar