Xəbər lenti
AYB-nin "Natəvan" klubunda Nazilə Gültacın “Səhid atası“ kitabının təqdimatı keçirilib -ŞƏKİLLƏR
Bu günlərdə AYB-nin "Natəvan" klubunda yazıçı, publisist Nazilə Gültacın “Səhid atası” nəsr kitabının təqdimatı olub.
Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan tanınmış tənqidçi , ədəbiyyatşünas Əsəd Cahangir “Səhid atası “ kitabını bədii sözümüzün qələbəsi kimi qiymətləndirdi. Kitabda toplanmış əsərlərin, xüsusilə, “Şəhid atası “ povestinin ideya - bədii məziyyətlərindən danışdı. Sonra söz tədbir işrirakçılarına verildi. AYB sədrinin müşaviri Rauf Aslanov Yazıçılar Birliyi adından Nazilə Gültacı təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı. AMEA əməkdaşları - Mənzər Nigarlı, İbrahim Yusifoğlu, Fidan Nizaməddinqızı, Pedaqoji Universitetin müəllimi, filoloq Yeganə Babayeva diqqəti povest və hekayələrin ayrı-ayrı maraqlı epizodları üzərinə yönəltdilər. İncəsənət Universitetinin müəllimi, dramaturq Əli Əmirli, - mən demirəm ki, bu əsər Nobelə layiqdir, kitadakı povest və hekayələrin istedadla yazılmasına şübhə yoxdur, - dedi. Rejissor Bəhram Osmanoğlu aktual ideya və canlı xarakterləri, müasir mövzunu nəzərə alıb, povestin səhnələşdirməsi imkanından danışdı. Bakı Dövlət Universitetinin müəllimi, ədəbiyyatşünas, tənqidçi Məti Osmanoğlu povesti Şoloxovun” İnsanın taleyi“ hekayəsi ilə müqayisə etdi. Eyni zamanda əsərlərin səlis dili barədə fikirlərini bildirdi. Filoloq, ədəiyyatşünas Firudin Qurbansoy povestdəki kiçik insanın böyüklüyündən söz açdı , müəllifə uğurlar arzuladı. Yazıçı Aysel Əlizadə diqqəti əsərdə qabarıq yumoristik ruhun mövcudluğuna yönəltdi.
Tanınmış yazıçı Seyran Səxavət, şair Kəmalə Abıyeva “Şəhid atası“ kitabında toplanmış povest və hekayələr haqqında yüksək fikirlərini dilə gətirdilər. Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, şair Vəli Qaraçaylı kitabdakı əsərlərin mövzusu, məzmunu və aktual ideyasına görə müəllifi təbrik etdi. Qazi, hər iki Qarabağ müharibəsi veteranı şair Muxtar Həşimov, Qarabağ müharibəsi veteranı Ülvi Qədir povestdə vətənpərvərlik ruhunun yüksək bədii qayəsindən söz açdı. Xalq artisti Eldost Bayram povestdən bir parçanı iştirakçıların diqqətinə çatdırdı. Əslən Laçından olan, ömrünün ahıl çağında düşməndən azad olan Qarabağın sevincini yaşayan qocaman şair Aydın Qədimoğlu yazıçının yaradıcılığı haqqında xoş sözlər söylədi. Yazıçı, Qarabağ qazisi Etibar Muradxanlı qələm dostunu təbrik edərək, ona uğurlar arzuladı. Şairə Əzizə Ağahüseynqızı yazıçı Nazilə Gültacın bir həkim, bir insan kimi şəxsi keyfiyyətlərindən danışdı. Şair Arzu Nehrəmli yazıçının aktual mövzuya toxunduğunu bildirdi. Nazilə Gültacın iş yoldaşı Cəmilə həkim onun bir həkim kimi təmənnasız xidmətlərindən, şəxsi gözəl keyfiyyətlərindən danışdı. Yazarlar.az saytınn baş redaktoru, şair, istefada olan zabit Zaur Ustac yazıçı Nazilə Gültacı öz saytının təsis etdiyi “İsa Muğanna” diplomu ilə, Məhsəti şairlər məclisi İB-nin sədri Cəvahir Qaraqızı yazıçını şairə Məhsəti Gəncəvi adına “Fəxri diplom”la təltif etdi.
Sonda çıxış eləyən Nazilə Gültac təqdimatda iştirak edən şəhid ailələrinə, qazilərə, alimlərə, jurnalistlərə, ədəbiyyatın təbliğatçıları olan, yazıçının əsərlərinə öz sayt və jurnallarında daima yer verən yazıçı, publisist Məhəmməd Nərimanoğlu, Qarabağ veteranı, yazıçı Əli bəy Azəriyə, şair, publisist Namiq Dəlidağlıya, Azərbaycan radiosu əməkdaşı Ötərxan Eltaca, öz saytında “Şəhid atası” kitabı haqqında ilk yazı yazan əməkdar jurnalist Azər Həsrətə, tədirdə iştirak edən digər yazıçı və şair dostlarına, rəssamlara, yaxın qohumlarına, tədbir boyu çəkiliş aparan operator Sərvər Kamranlıya, “GünAzTv “ əməkdaşlarına, “Ant Azerayjan “televiziyasının əməkdaşı Elayz Yekenliyə sonsuz minnətdarlığını bildirdi.
Nigar N
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar