Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Sevinirəm ki, Kəlbəcərdə yaşamaq mənə də nəsib olacaq"

Tarix: 25-11-2023 16:31     Baxış: 3200 A- / A+




Elvin Mamedov Kəlbəcər işğal olunan il dünyaya göz açıb. Amma sən demə onun taleyində Vətən müharibəsinin iştirakçısı olmaq, Qarabağ torpaqlarının azadlığı uğrunda qəhrəmanlıq göstərmək də varmış...
 
Manevr.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Elvin cəbhənin bütün istiqamətlərində - Kəlbəcər, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Xocavənd və Şuşada döyüşüb. Qubadlı döyüşləri zamanı yaralansa da, qısamüddətli müalicədən sonra yenidən cəbhəyə qayıdıb, Tuğ kəndinin azad olunmasında fəal iştirak edib.
 
“Bir kəlbəcərli və Vətən müharibəsinin döyüşçüsü kimi bu gün böyük iftixar hissi keçirirəm. İlk növbədə ona görə ki, Vətənimiz bütövdür, sərhədlərimiz etibarlı şəkildə qorunur. Bundan sonra bu torpağa düşmən ayağı dəyə bilməz. İkincisi, ona görə ki, bu Qələbənin qazanılmasında mənim də zəhmətim var. Azad Vətənimizin demək olar ki, işğal altında olan hər rayonu uğrunda döyüşlərdə iştirak etmişəm. Bu da başqa hissdir. Ən nəhayət bir də ona sevinirəm ki, xəyalımda yaşatdığım, gözəlliyi, füsunkarlığı haqqında valideynlərimdən eşitdiyim dağlar diyarı Kəlbəcərə dönmək, orada yaşamaq mənə də nəsib olacaq”.
 
Elvin Mamedov Zəfər müharibəsindən 7 medalla qayıdıb. Onun sinəsini “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Şücaətə görə” medalları bəzəyir.Azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar