Xəbər lenti
Bir əsrin izində... -ŞƏKİLLƏR
“Bakı Metropoliteni QSC” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Bir əsrin İZində” layihəsi davam edir.
Manevr.az-a verilən məlumata görə, cari ilin əvvəlindən etibarən həyata keçirilən “Bir əsrin İzində” layihəsi çərçivəsində, Heydər Əliyev irsi ilə bağlı olan və strateji əhəmiyyət daşıyan yerli və beynəlxalq müəssisələrə Azərbaycan könüllülərinin iştirakı ilə ekskursiyalar təşkil olunur. Həm regionlarda, həm də Bakı şəhərində yerləşən müxtəlif sənaye parkları, zavodlar, platformalar və digər müəssisələri əhatə edən layihə çərçivəsində indiyədək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, Neft Daşlarına, Müdafiə Sənayesi Nazirliyinin müəssisəsinə ekskursiyalar həyata keçirilib. Layihəni əhatə edən növbəti səfər Bakı Metropoliteninə olub. 23 noyabr tarixində baş tutan ekskursiyanın məqsədi Ulu Öndər Heydər Əliyevin metropolitenin inkişafında verdiyi tövhələrlə yaxından tanışlığı, könüllülərdə əməyə münasibətin formalaşmasına təsir göstərmək, istehsalatla, müasir texnika və metropolitenin tikintisində istifadə edilən texnologiyalar ilə tanış etmək olub. Könüllülər ilk növbədə paytaxtın əsas sərnişindaşıma nəqliyyatı arteriyalarından birinə çevrilməsində xüsusi rolu olan dahi şəxsiyyət Heydər Əliyevin metropoliten üçün xüsusi tövhələrini əks etdirən sərgi ilə tanış olublar. Daha sonra könüllülərimizə metro qatarını əks edən 8 vaqon-guşə, 18 maket və 100-dən artıq əyani-praktiki vəsait, tunelqazma maşını, qatar trenajoru, hər sahəyə aid xüsusi avadanlıqlarla təchiz edilmiş kabinetlər, eləcə də elektron imtahan otaqları nümayiş olunub. Qeyd edək ki, il sonuna qədər Azərbaycan Könüllülərinin iştirakı ilə daha bir neçə ekskursiyanın və görüşlərin keçirilməsi planlaşdırılır.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar