Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ürəklərdə yaşayan böyük lider

Tarix: 24-11-2023 16:18     Baxış: 21 582 A- / A+
Rövşən Hüseyinli 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Gənc yaşlarından ömrünü dövlətə, dövlətçiliyə bağlayan ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti minlərlə kitab sığmaz. Heydər Əliyev dühasının öyrənmək üçün alim, filosof olmağa ehtiyac yoxdur. Böyük dövlət adamının həyatını sadə vətəndaşlar da dərk edir, anlayır, ulu öndəri sevir, sayğıyla yanaşırlar. Sadəliyi, mənsub olduğu xalqla döyünən ürəyi, sadə vətəndaşlara verdiyi dəyər ali liderin sevgi qazanmasına səbəb olmuşdur.
Azərbaycan adını hər zaman uca tutan böyük lider sovetlər dönəmində belə dilimizə verdiyi dəyər qədirbilən xalqımızın yaddaşından heç zaman silinməyəcək. Adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizi qorunub bu günümüzə çatdırılmasında Böyük Azərbaycanlının xidmətləri danılmazdır.  Dahi şəxsiyyət  rus dilini öz ana dili qədər səlis bilsə də, Azərbaycana rəhbərlik etdiyi dönəmdə dövlət və hökumət tədbirlərində ən yüksək tribunalarda Azərbaycan dilində çıxış etməyə üstünlük verimiş, beləliklə dilimizin itib-batmasına, yaddan çıxmasına imkan verməmişdir.  . Tabeçiliyində olan dövlət adamlarını da Azərbaycan dilində çıxış etməyə məcbur edirdi. O bununla vətənimiz Azərbaycana nə qədər bağlı olduğunu, xalqa, sadə vətəndaşa nümayiş etdirir,  dilimizi sevməyi, sevdirməyi qorumağı özünə mənəvi borc bilirdi. Uzun illər Moskvada yaşamasına baxmayaraq Azərbaycan dilində danışanda ləhcəsində heç bir aksent hiss olunmazdı. Şirin bəlağətli nitqinə qulaq asmağa sanki dinləyicini məcbur edir, dinləyici və yaxud tamaşaçı fasiləsiz olaraq saatlarla heç bir qüsur buraxmadan nitq söyləyən Ulu öndərin çıxışlarını izləməkdən doymur, əksinə, səsinin sehrinə düşür, nitqinin gözəlliyinə valeh olurdu. Heydər Əliyev məktəbinin öyrənilməsi və təbliği indidən sonra neçə yüz illər boyu davam edəcəkdir. Həyatda özünü tanımaq, təstiq etmək istəyən hər kəs Heydər Əliyev məktəbini dərindən öyrənməli və dərk etməlidir. Ulu öndər Heydər Əliyevin sədaqəti, mərdliyi, ərliyi, ərənliyi, özünə məxsus yanaşma tərzi,  dövlətə sədaqəti, millətə xidməti dosta olan ülfəti ulu öndərin hər zaman, hər yerdə rəğbətlə qarşılanmasına səbəb olurdu. Keçirdiyi görüşlərdə, apardığı iclas və toplantılarda kiçik bir nüans belə Heydər Əliyevin gözündən yayınmazdı. O hər şeyə və hər kəsə diqqət yetirər, çıxış edənlərin nitqinə xırdalığlarına qədər qulaq asar və qərarlar verər. Bu Heydər Əliyevin dinləmək bacarığının çox yüksək səviyyədə olduğuna bir daha dəlalət edərdi.

1990-ci ildə  Naxçıvana möhtəşəm qayıdışı orda olduğu dövrdə gördüyü işlər, Azərbaycan dövlətinin varlığının qorunub saxlanılmasına əvəzsiz xidmətləri ilə başladı. 1993-cü il  Bakıya gəlməyi və Azərbaycan hakimiyyətinin əmin əllərdə olması Azərbaycanımızın parçalanmadan xilas edən Heydər Əliyev dühasının əzmi iradəsi və siyasəti nəticəsində oldu. Ulu öndər müsahibələrinin birində deyir: mən peyğəmbər deyiləm ki, öncədən hər şeyi görəm və biləm. Bu gün keçmişə nəzər salanda biz nələrin olduğunu, nələrin baş verdiyini analiz etdikdə ulu öndərin bir peyğəmbər ömrü qədər zamanını Azərbaycanın inkişafına, güclənməsinə xidmət etdiyini görür və bizi düşünməyə məcbur edir. Ulu öndər böyük bir siyasət adamı, dövlət xadimi olmaqla bərabər,  mən əminliklə deyirəm, Heydər Əliyev olanları öncədən görən və hiss edən dövrümüzün peyğəmbəri idi. Özündən sonra hakimiyyəti əmin əllərə ötürməsi, böyük arzuların gerçəkləşməsinə cızılan böyük həyat yolu, dünya siyasətini şahmat oyunu kimi mat etmək bacarığını nümaiş etdirir. Ulu öndər hər çıxışında və hər müsahibəsində milyonlarla köçkün və qaçqının doğma yurdlarına qayıdacağını əminliklə deyir, qətiyətlə bəyan edirdi. Biz nələrə şahid olduq... Özündən sonra Azərbaycanımızı əmanət etdiyi əmin əllər bizi bu son 20 ildə haralara apardı,  nələr etdi, bizə xəyal və yuxu kimi gələnlər reallığa çevrilir. Düşmənin əzmi sındırılır, masada və meydanda Azərbaycan öz sözünü deyir. Dünya siyasətçiləri Azərbaycanla onun prezidenti ilə hesablaşmağa məcbur olur. Ulu öndərin layiqli davamçısı İlham Heydər oğlu Əliyev Heydər Əliyev məktəbinin necə ali bir məktəb olduğunu dünyaya nümaiş etdirir. Heydər Əliyev kimi  dühanın layiqli davamçısı Qarabağı işğaldan azad edir və Şuşada elan edir: mən ata vəsiyyətini yerinə yetirdim.

Burda bir daha Heydər Əliyevin dövrümüzün peyğəmbəri olması bizə aydın olur. Zamanında özünə "mən peyğəmbər deyiləm, olanları öncədən görüm və deyim" deyirdi. Ancaq indi görüb və hiss edirik dövrümüzün peyğəmbəri bütün olanları bilir və görürmüş. Bu yazını 1993-cü ildə düşmən tərəfindən işğal edilən doğma yurdumun, Kəlbəcər rayonunun  azad edildiyi günə  bir gün qalmış özümə mənəvi borc bilərək yazıram.  Sabah, 25 noyabr Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü qeyd edəcəyik. Vətənimiz ərazi bütövlüyü, azadlığı uğrunda şəhid olan igidlərimizi yad edəcəyik. Şəhidlərimizlə bərabər, müasir Azərbaycanımızın qurucusu, memarı ulu öndər Heydər Əliyevin də xatirəsini hörmətlə, ehtimala anılacaq. Xankəndində Ali Baş Komandanımız hərbi parad qəbul edir. Qarabağ abadlaşır, köçkün və qaçqınlar öz doğma yurdlarına qayıdır. Dövrümüzün peyğəmbəri vəsiyyət etdiyi kimi, ali baş komandanımız dəmir yumruq kimi xalqla hakimiyyətin vəhdətini birləşdirməklə böyük bir zəfərə imza atmaqla ata vəsiyətini yerinə yetirməklə, dövrümüzdə bir peyğəmbərin olduğunu əməlləri ilə isbat etdi. Könüllərdə yaşayan böyük lider, dövrümüzün peyğəmbəri ulu öndər Heydər Əliyevin mübarək dünyamıza gəlişinin 100 illiyi ölkəmizdə ali səviyədə qeyd edilir. Ali liderin xatirəsi Azərbaycanımızın dörd bir tərəfində sayğıyla anılır, hörmətlə yad edilir. Yaşasın güclü, qüdrətli Azərbaycan!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar