Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Müharibə təhlükəsi var, ruslar Qarabağdan Mehriyə gələcəklər” - Abramyan

Tarix: 23-11-2023 15:34     Baxış: 3216 A- / A+

“Bu bir həqiqətdir ki, sülh müqaviləsi yoxdur, bu, sırf istəklər sahəsindəndir”.
Manevr.az xəbər verir ki, bunu erməni politoloq Hrant Ter-Abramyan deyib.
Ekspert Zəngəzur dəhlizi məsələsinə də diqqət çəkib:
“Artıq anladıq ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyənin deyil, həm də Rusiyanın arzusudur. Bu kommersiya yox, strateji məsələdir”.
Ter-Abramyan qeyd edib ki, Azərbaycan İrandan keçməklə Naxçıvana yol çəkməyə başlasa da, Zəngəzur dəhlizi hələ də onun maraq dairəsindədir:
“Türkiyə də tamam başqa şey deyir. Rusiya da bəzi eyhamlar vurur, açıq olmasa da, başa düşüləndir”.
Politoloq Ermənistanın anti-Rusiya siyasətinin regionda yeni müharibə təhlükəsi yaratdığını söyləyib:
“Niyə sülh müqaviləsi bağlanmır? Çünki ilk baxışdan elə görünə bilər ki, bütün məsələlər həll olunub, belə deyil, müharibə təhlükəsi var. Ermənistan hökuməti, eləcə də bəzi ekspertlər anti-Rusiya siyasəti aparırlar.
KTMT-dən çıxmaq, başqa işlərlə məşğul olmaq vaxtı deyil, çünki açıq-aşkar təhlükə mövcuddur. Sünikdən (Zəngəzur) danışıram. Yeri gəlmişkən, Rusiya sülhməramlı qüvvələri indiyədək Qarabağdan çıxmayıb, bu da çox maraqlı faktdır. Başqa nəsə yoxdursa, orada nə işləri var? Ola bilər ki, sülhməramlı qüvvələr İcevandan Mehriyə qədər ərazilərdə yerləşdirilsin, bunu şərti olaraq deyirəm. Siyasətdə inanılmaz heç nə yoxdur”.
Ter-Abramyan Ermənistanın artıq Rusiyadan yox, bölgədə dominant gücə çevrilən Azərbaycandan asılı olduğunu vurğulayıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar