Xəbər lenti
Bakıdan İrəvana gedən İraq prezidenti erməniləri TƏRİFLƏDİ
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan İrəvanda rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazirinin dəftərxanasının mətbuat xidmətinin məlumatına görə, qəbulda Nikol Paşinyan Əbdüllətif Camal Rəşidə təşəkkür edib. O deyib ki, “siz İraqın Ermənistan Respublikasına səfər edən ilk prezidentisiniz”.
“Ölkələrimiz arasında zəngin mədəni və tarixi əlaqələr mövcuddur və mən şadam ki, iqtisadi əlaqələrin də müəyyən fəallığı var. Ümidvaram ki, səfəriniz iqtisadi əməkdaşlığı daha da dərinləşəcək. Təbii ki, hazırda dünyada və regionda vəziyyət kifayət qədər mürəkkəbdir və mən ümumi vəziyyət və həll yolları ilə bağlı sizin qiymətləndirmələrinizi eşitməkdən məmnun olaram”, - Paşinyan bildirib.
İraq prezidenti deyib ki, o da iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da güclənəcəyinə ümid edir.
Əbdüllətif Camal Rəşid qondarma “erməni soyqırımı”na görə İrəvana dəstəyini ifadə edib:
“Soyqırımının 100 illiyi ilə bağlı tədbirlərdə şəxsən iştirak etmişəm. Ölkəmizdə mövcudluğu qədim dövrlərə, təxminən 10 min il əvvələ təsadüf edən İraqın erməni icmasının rolunu xüsusi qeyd etməyi vacib hesab edirəm. Aralarında həkimlər, elm adamları, müxtəlif sahələr üzrə mütəxəssislər də var, İraq xalqı erməni əhalisindən çox faydalanıb”.
Ermənistanın baş naziri və İraq prezidenti iqtisadiyyat, ticarət dövriyyəsi, yüksək texnologiyalar, enerji, su ehtiyatları və turizm sahələrində əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.
Regional təhlükəsizlik və sabitlik, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı məsələlərə toxunulub.
Xatırladaq ki, İraq prezidenti iki gün öncə Bakıda səfərdə olub. O, dünə Bakıdan İrəvana gedib. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar