Xəbər lenti
Sumqayıtda keçirilən tədbirdə son 20 ildə ölkəmizdə həyata keçirilmiş hərtərəfli köklü islahatlardan danışılıb -ŞƏKİLLƏR -ŞƏKİLLƏR
Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir.
Hərbi Prokurorluqdan Manevr.az-a verilən məlumata görə, Sumqayıt şəhərində şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələrinin, o cümlədən şəhid ailələri və qazilərin, eləcə də yüksəkrütbəli hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülərək tarixi şəxsiyyətin ruhuna ehtiram ifadə olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, general-mayor, Vətən müharibəsi qəhrəmanı Kənan Seyidov və digərləri müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın həmrəyliyindən danışıblar.
Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, həmin dövrlərdə Baş Prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları bölüşülüb.
Tədbirdən sonra, həmçinin şəhid ailələri və qazilərlə fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar